İş birliyi faydalı olur                   

 

Əhaliyə xidmət göstərən idarələrin əlaqəli işləməsi istənilən ərazidə faydalı olmalıdır. Çünki bəzi sahələrdə bir idarənin işləyib, digər idarənin seyrçi mövqeyində durması böyük narazılıqlara səbəb olur. Bunu öz əmək fəaliyyətlərində aydın görə bilən İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi,  Kommunal Müəssisələri Kombinatı və İsmayıllı bələdiyyəsi sözügedən iş birliyi məsələsində müəyyən təcrübə əldə ediblər. Belə ki, il ərzində bələdiyyənin hüdudlarında fəaliyyət göstərən müəssisə, təşkilat və idarələrin nümayəndələri ilə birlikdə şəhər ərazisində mütəmadi olaraq reydlər təşkil edilmiş, məişət tullantılarından zibilliklərin yaranmasının qarşısı alınmış və  mövcud tullantıların daşınması Kommunal Müəssisələr Kombinatı ilə birlikdə təşkil olunmuşdur. Keçirilən reydlər zamanı qanunsuz zibilliklər aşkar olunmamışdır.  Məişət tullantıları daşınan nəqliyyatların vaxtaşırı dezinfeksiya olunması  da unudulmur.

Reydlərin nəticəsi olaraq Kommunal Müəssisələri Kombinatına müvafiq tövsiyələr verilmişdir.

Mövcud əməkdaşlıq zəminində bu üçlük tərəfindən şəhər ərazisinin təmiz saxlanılması bundan sonra da diqqətdə saxlanacaqdır.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

 

Şərh Yaz