Azərbaycan nefti, təbii resurslar tam şəkildə xalqın maraqlarına xidmət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməl qoyma mərasimində iştirak edib.

Məlumat üçün bildiririk ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza daxili tələbatının təmin edilməsinə gələcəkdə əhəmiyyətli töhfə verəcəkdir.

Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə  imza atıb. Artıq dövlətimiz neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra bütün tərəfdaş ölkələrinə etibarlı qaz təchizatçısı olacaqdır.
Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır.

Açılış mərasimindən sonra Prezident İlham Əliyev AZTV, İTV və REAL Televiziya kanallarına müsahibə verib və bildirib ki, “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir.

İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.

Artan daxili tələbatı ödəmək məqsədilə Abşeronun birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrinin etibarlılığı və əhəmiyyəti son dövrlərdə qat-qat artırır. Dövlətimiz enerji siyasətini həyata keçirərkən, neft və qaz amilindən heç vaxt siyasi məqsədləri üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənən münasibətlər qurub. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar.

Cənab Prezident müsahibə verərkən bildirib ki, “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.  “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara da ötürülə bilər. “Əsrin kontraktı”-nın imzalandığı 1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.”

Şərh Yaz