2020-ci ilin birinci yarısında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2020-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 98447,1 min manat, sabit qiymətlərlə 123323,2 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,4 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi də hesabat dövründə 20,5 faiz azalaraq 1128,0 manata çatmışdır. Məhsul və xidmətlərin 67,9 faizi istehsal sahələrinin, 32,1 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 52,3 milyon manatlıq və ya ümumi məhsulun 53,2 faizi, sənayedə 7,4 milyon manatlıq (müvafiq olaraq 7,5 faiz), tikintidə 7,1 milyon manatlıq (7,2 faiz), rabitədə 0,6 milyon manatlıq (0,6 faiz), nəqliyyatda 1,3 milyon manatlıq (1,3 faiz), ticarət və xidmət sahəsində 29,7 milyon manatlıq (30,2 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 1,7 faiz, sənaye istehsaı 0,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 15,8 faiz artmış, tikinti istehsalında 80,9 faiz,  nəqliyyat və anbar təsərrüfatında 3,7 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 4,0 faiz azalma qeydə alınmışdır.

İsmayıllı rayonu üzrə iqtisadiyyatın əsas sahəri üzrəhsul buraxılışıhsul buraxılışın fiziki həcm indeksi

                                                                                                         (ilkin məlumatlar əsasında)

 

  2020-ci ilin

yanvar-iyun ayları (faktiki qiymətlərlə)    min manat

2019-cu ilin yanvar-iyun ayları (faktiki qiymətlərlə) min manat Qiymət indeksi 2020-ci il 2019-cu ilin qiymətləri ilə, min manat Fiziki həcm indeksi
Sənaye 7412,8 7565,1 97,5 7602,9 100,5
Kənd təsərrüfatı 52342,7 47280,6 108,8 48093,0 101,7
Tikinti 7053,6 36985,7 100,0 7053,6 19,1
Nəqliyyat və anbar təssərüfatı 1306,1 1634,3 100,0 1306,1 96,3
İnformasiya və rabitə xidməti 596,5 514,9 100,0 596,5 115,8
Ticarət xidmətləri 29735,4 29342,6 105,5 28546,0 96,0

 

98447,1 123323,2 105,6 93198,1 75,6

 

Ümumihsul buraxılışın iqtisadiyyatın  sahəri üzrəlgüağıdakı kimi olmuşdur

 

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın  sayı 8 baş artaraq 51560 baş, qoyun-keçilərin sayı 17 baş artaraq 179031 baş, donuzların sayı isə 149 baş azalaraq 206 baş olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 3 ton, süd istehsalı 570 ton, yumurta istehsalı 60 min ədəd artmışdır. Hesabat dövründə 451,3 kiloqram barama, 410 ton yun istehsal olunmuşdur.

Cari il iyul ayının 27-si tarixinə, 22128 hektar sahədən 80324,6 ton buğda, 7450 hektar sahədən 23467,5 ton arpa yığılmışdır. Buğdanın məhsuldarlığı 36,3 sentner, arpanın məhsuldarlığı isə 31,5 sentner təşkil etmişdir.

2020-ci ilin yanvar-iyun ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 7412,8 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 0,5 faiz  artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 9,3 faiz çox, 36,3 milyon kilovat saat elektrik enerjisi, 3,9 milyon kub metr çox, 21,4 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin ilk 6 ayında rayonda 5061,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,0 faiz azdır. Hesabat dövründə əsas kapitala 8314,3 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 79,2 faiz az təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin 6 ay ərzində 4519,7 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 5847,8 min manat azdır.

Hesabat ilinin altı ayında rayon əhalisinə 90680,0 min manatlıq istehlak malları satılmış, 12596,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 12,2 faiz az  təşkil etmişdir.

Hesabat dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 596,5 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 15,8 faiz çoxdur.

2020-ci ilin birinci yarısında rayonda ümumilikdə 333 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin, 18-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 65-i  mövcud müəssisə və təşkilatlarda, 250-si isə digər tədbirlər üzrə qeydə alınmışdır. Açılmış iş yerləri əsasən kənd təsərrüfatı, sənaye, xidmət və tikinti sahələrində qeydə alınmışdır.

2020-ci ilin birinci yarısının ilkin məlumatlara görə rayonda muzdla işləyənlərin sayı orta hesabla 8,8 min nəfər olmuşdur ki, bunun da 29,2 faizi təhsildə, 8,1 faizi səhiyyədə, 1,2 faizi informasiya və rabitədə, 9,4 faizi kənd təsərrüfatında, 3,9 faizi tikintidə, 8,3 faizi dövlət idarəetməsində olmuşdur.

Muzdla işləyənlərin 61,8 faizi və ya 5452 nəfəri dövlət sektorunda çalışmışdır. Dövlət sektorunda işləyənlərin bu dövrdə orta aylıq nominal əmək haqqı 501,1 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövründən 27,6 faiz çoxdur. Həmin dövrdə qeyri-dövlət bölməsində 3374 nəfər çalışmışdır ki, onlarında orta aylıq əmək haqqı 346,2 manat təşkil etmişdir. Qeyri-dövlət bölməsində orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çoxalmışdır.

Ümumilikdə rayon üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 98,5 manat artaraq 448,3 manat təşkil etmişdir. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən cari ilin yanvar-iyun aylarında emal sənayesində 619,6 manat, tikintidə 399,2 manat, ticarətdə 353,6 manat, nəqliyyat və anbar təsərrüfatında 272,1 manat, informasiya və rabitədə 446,3 manat, dövlət idarəetməsində 604,7 manat, təhsildə 532,1 manat, səhiyyədə 428,7 manat, elektrik enerjisi qaz və su təchizatında 601,2 manat təşkil etmişdir.

2020-ci ilin yanvar-iyun ayları ərzində rayon üzrə pensiyaçıların sayı 12463 nəfər olmuşdur. Bu dövrdə təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artaraq   251,31 manat təşkil etmişdir.

Bu ilin birinci yarısında rayon büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz azalaraq 2810,6 min manat təşkil etmişdir. Hesabat dövründə rayon büdcəsinin xərcləri 1862,4 min manat olmuşdur. Hesabat dövründə büdcə profistinin məbləği 948,2 min manat təşkil etmişdir.

 

Demoqrafiya:

 

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə median istiqamətində uzunluğu 56 km., paralel istiqamətində eni isə 73 km. təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində   3629 metr hündürlüyə malikdir.

İsmayıllı rayonu Bakıdan 185 km. məsafədə yerləşməklə Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kv. km. olmaqla əhalinin sıxlığı bir kvadrat kilometrdə 42,2 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.

2020-ci ilin iyul ayının 01-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 87601 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 150 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,55 faizi yəni 59174 nəfəri kənd yerində,        32,45 faizi 28427 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,46 faizini kişilər, 49,54 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 6 ayda 0,2 faiz və ya 150 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 930 məcburi köçkün ailəsində isə 3396 nəfər məcburi köçkün məskunlaşmışdır.

2020-ci ilin yanvar-iyun aylarında rayonda 501 körpə doğulmuş 344 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaqların sayı 1 nəfər olmuşdur. Hesabat dövründə əhalinin təbii artımı 157 nəfər, ümumi artımı isə 150 nəfər təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 104 nəfər azalmışdır. Müqayisə olunan dövrə görə ölənlərin sayı 52 nəfər artaraq 344 nəfər təşkil etmişdir.

2020-ci ilin yanvar-iyun aylarında rayonda 100 nikah bağlanmış, 47 nikah isə pozulmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanmış nikahların sayı 119 vahid,  boşanmaların sayı isə 5 vahid azalmışdır.

Təhlildən də göründüyü kimi 2020-ci ilin birinci yarısında rayon iqtisadiyyatının əsas istiqamətləri üzrə bəzi sahələrdə inkişaf müşahidə olunsa da, ümumi iqtisadiyyatda geriləmə baş vermişdir.

Daşdəmir Məmmədov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini                     

 

Şərh Yaz