İsmayıllıda iməcilik keçirilib

Rayonun bütün yaşayış məntəqələrində ümumrayon iməciliyi təşkil edilib. “Təmizlik günü” şüarı ilə görülən işlər Qurban bayramına hazırlıq ilə əlaqədar olub. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, həmçinin digər abadlıq işləri görülüb.

İməcilikdə kənd icra nümayəndələri, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edib.

İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülüb.

Sonda rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz