İsmayıllı şəhəri ərazisində reydlər davam edir

İsmayıllı şəhəri ərazisində reydlər davam edir

05 avqust 2020-ci il tarixdə növbəti reyd keçirilib. Şəhər ərazisində olan marketlər, həmçinin bazar və bazarətrafı ərazidə yerləşən ticarət, ictimai iaşə, xidmət və digərləri olmaqla ümumilikdə 167 obyektdə qaydalara əməl olunması yoxlanılıb, maarifləndirmə işləri aparılıb.

Karantin qaydalarına əməl olunmadığı üçün 36 obyektə xəbərdarlıq edilib, qaydaları kobud şəkildə pozduğu üçün 1 obyekt və 12 vətəndaş qanunamüvafiq qaydada cərimə edilib.

Reydlər İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə yaradılmış mobil qruplar tərəfindən hər gün keçirilir.

Sonda bildiririk ki, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi avqustun 31-dək uzadılmışdır. Bu səbəbdən bir daha vətədanşları qaydalara əməl etməyə, qapalı yerlərdə tibbi maskadan istifadə etməyə çağırırıq.

#Azərbaycan #Azerbaycan #NazirlərKabineti #reyd #ismayilli #İsmayıllı #icra #RİH #Polis #OperativQərargah

 

Şərh Yaz