Hamının zəruri vəzifəsi  

                              

 

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Özünüzü və bizi qoruyun ki, gələcəyimiz sağlam olsun” adlı videoçarx hazırlayıb.

Vaxtilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” söyləyən ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətin ən zərif fidanlarının fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün ölkəmizdə hər cür şərait yaradılıb.

Hazırlanan videoçarxda bütün bunlar, xüsusilə gələcəyimiz olan uşaqların qorunmasının və sağlam böyümələrinin hamı üçün zəruri vəzifə olduğu diqqətə çatdırılır.

Aysu Nəcəfli

 

Şərh Yaz