İsmayıllı rayon sakini Elnarə Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident!

 

Dünyanı bürüyən COVID-19 pandemiyası səbəbindən yüz minlərlə insanın həyatını itirdiyi, dünya ölkələrinin ciddi böhran yaşadığı bir vaxtda Sizin gördüyünüz operativ və qabaqlayıcı tədbirlər, imzaladığınız fərman və sərəncamlar ölkəmizin bu xəstəlikdən daha az itkilərlə və dayanıqlı iqtisadi inkişaf göstəriciləri ilə çıxmasına imkan yaratdı. Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycanda xəstələrin sayı digər ölkələrlə müqayisədə dəfələrlə azdır, respublikamızın iqtisadiyyatı dayanıqlıdır, xalqımızın rifah halı gündən-günə yaxşılaşır.

Hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan xalqının yanında oldunuz, ona dəstək, dayaq oldunuz, hər bir insanın, hər bir ailənin qayğısına qaldınız. Hər bir vətəndaşın seçimi olduğunuz kimi, hər bir vətəndaşın Prezidenti olduğunuzu nəcib davranışlarınızla bir daha təsdiq etdiniz. Sizin yürütdüyünüz humanist siyasət nəticəsində Azərbaycanda sarsılmaz xalq-Prezident birliyi mövcuddur. Bu, Sizin uzaqgörən lider olduğunuzun daha bir sübutudur.

Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün gördüyünüz işlər, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır. Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Biz gənclər hər zaman “Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq Sizə dəstək olmağa hazırıq. Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayırıq.

Azərbaycan xalqının sağlamlığının qorunmasına və rifah halının yaxşılaşdırılmasına, ölkəmizdəki sabitliyə və əmin-amanlığa, xoşbəxt gələcəyimizə xidmət edən fəaliyyətinizə görə Sizə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzu edirik! Allah Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Elnarə Qasımova,

İsmayıllı şəhəri

Şərh Yaz