Bu gün onların ailələrində bayramdır

COVID-19 pandemiyası ilə mübarizə üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti könüllü olaraq Ağdaş şəhərinə yollanmışdır.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında təlimlərdə iştirak edən tibbi heyyət bir aylıq mübarizədən sonra İsmayıllıya geri qayıdıb.
Ailələrindən uzaq düşərək xəstəliklə mübarizəyə qoşulan tibb bacıları İsmayıllı GİKM-in könüllüləri tərəfindən alqışlarla qarşılanıblar.
Gənc könüllülər bu çətin günlərdə həmrəylik göstərən tibbi heyətin əməyini yüksək qiymətləndirərək onlara gül dəstəsi və hədiyyə təqdim ediblər.
Cənab Prezidentimizin dediyi kimi, biz bu xəstəliyin öhdəsindən birlikdə gələcəyik!
#AzGF #GİKM #İsmayıllıGəncləri #İsmayıllıGİKM #BirliyimİZ#COVID19

Şərh Yaz