Dediyiniz kimi: Biz birlikdə güclüyük

Dediyiniz kimi: Biz birlikdə güclüyük

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

Möhtərəm cənab Prezident!

Dünyanı cənginə almış COVID-19 pandemiyası, sözsüz ki, bizim ölkəmizdən də yan keçməyib. Bu çətinliklərin lap ilk günündən Sizin cəsur sərkərdə kimi mübarizənin önündə dayanıb, ağıllı, uzaqgörən siyasətinizlə döyüşü idarə etməyiniz, həmçinin ölkə vətəndaşlarının virusun törədə biləcəyi xəstəliklərdən təcrid olunaraq evdə – təhlükəsiz şəraitdə qalması, evdə qalarkən də onların sosial rifahının yaxşılaşdırılması yalnız və yalnız xalqımızı, millətimizi düşünməyinizdən, onun qayğısına qalmağınızdan irəli gəlir.
Biz, İsmayıllı təhsil işçiləri vətəndaşlarımıza belə həssas münasibətinizi alqışlayır və Sizə minnətdarlığımızı bildirirk. Son günlərdə yoluxma hallarının azalması, sağalan xəstələrin sayının dinamik artımına baxmayaraq karantin rejiminin uzadılmasını labüd bilməyiniz yenə də xalqımıza və dövlətimizə olan sevginin təzahürüdür.
Biz inanırıq ki, ümumbəşəri bir bəla olan COVID-19 pandemiyasına Sizin səyiniz və rəhbərliyinizlə qalib gələcək, bu çətin vəziyyətdən minimum itki ilə çıxacağıq. Dediyiniz kimi, vahid cəbhədə birləşə biliriksə, demək, biz birlikdə güclüyük.
Dərin hörmətlə:
Hafiz Kərimov,
İsmayıllı şəhəri

Şərh Yaz