Xocalı soyqırımından 28 il ötdü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Azərbaycan Respublikasın Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə                                                               

İsmayıllı rayonunun 2019-cu il sosial-iqtisadi inkişafın yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağıtirakçıların

raciəti

 

htərəm cənab Prezident!

Biz – İsmayıllı rayonunun “2019-cu il sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağının iştirakçıları ölkəmizin sürətli inkişafından sevinərək, fədakar rəhbərliyinizdən qürur duyaraq bildiririk ki, Sizin Sərəncam, göstəriş və tapşırıqlarınız, müəyyən etdiyiniz çoxistiqamətli inkişaf proqramları bölgəmizdə dönmədən həyata keçirilir. “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni-yeni sosial, istehsal, emal xarakterli vacib layihələr icra olunur. Zəlzələdən ziyan çəkmiş sakinlər üçün tükənməz qayğınızın bariz təzahürü olaraq 86 fərdi yaşayış evi inşa edilib, 271 evdə bərpa və 440 evdə təmir işləri görülüb. Asfalt yollar şəbəkəsi genişlənib, qaz, su və elektrik çəkilişi ilə əhalinin həyatına, məişətinə rahatlıq bəxş olunub.

Əsas kapitala 22 milyon 160 min manat investisiya qoyulub. Bunun 62 milyon 512 min manatı özəl sektorun – sahibkarların və iş adamlarının payına düşür. 2019-cu ildə 273 milyon 242 min manat dəyərində ümumi məhsul istehsal olunması onu təsdiq edir ki, qarşıya qoyulan vəzifələrin icrasına rayonda tam məsuliyyətlə yanaşılır, kənd təsərrüfatı istehsalının bütün istiqamətlərində nəticələr durmadan yüksəlir. 2019-cu ildə 106 min 505 ton taxıl istehsal olunub. Sənaye üsulu ilə əkilmiş 220 hektar kartof sahəsinin hər hektarından 40 ton məhsul götürülüb.

Möhtərəm cənab Prezident!

Dərin elmə, beynəlxalq iqtisadi idarəetmə metodlarına əsaslanan strategiyanız nəticəsində dünya miqyasında tanınan Azərbaycanın Prezidenti olaraq Davosda keçirilən Dünya İqtisadi Forumunun iclasında iştirakınız və çıxışınız ümumxalq, ümummilli nüfuzumuzu bir daha təsdiq edib. Buna görə Sizə dərin minnətdarıq.

Münhen Təhlükəsizlik Konfransında erməni baş nazirinin yanlış, faktları təhrif edən, yalan üzərində qurulmuş çıxışını dünya, Cənubi Qafqaz və Azərbaycan tarixini dərindən bilən əsl mütəxəssis və qətiyyətli siyasətçi kimi ifşa etmisiniz. Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmısınız. Fəxr edirik ki, Prezidentimiz Sizsiniz.

Ölkədə apardığınız köklü islahatların Milli Məclisi də əhatə etməsi məqsədilə növbədənkənar seçkilər keçirilməsi barədə Sərəncam verməyiniz və 9 fevralda demokratik, ədalətli seçkilər keçirilməsi bir daha sübut edir ki, ölkə həyatının bütün istiqamətləri Sizin dönməz iradənizlə idarə olunur. Hər zaman, hər işdə Sizinləyik, möhtərəm Prezidentimiz.

Möhtərəm cənab Prezident!

Bu gün hesabat yığıncağında keçdiyimiz yolu dərindən düşünərək təhlil etdik və bütün varlığımızla bir daha əmin olduq ki, Azərbaycanımızın çox ölkələrdən fərqli inkişaf sürəti, hər bir ailənin, hər bir vətəndaşın xoşbəxt həyatı, hər bir rayonun hərtərəfli yeniləşməsi Sizin şərəfli adınızla bağlıdır.

Bu yüksəlişin davamı, Vətənimizin bütövlüyü, xalqımızın xoşbəxtliyi, müstəqilliyimizin əbədiliyi naminə Sizə möhkəm can sağlığı, hər sahədə qələbələr, yeni-yeni yüksəliş zirvələri fəth etməyi arzulayırıq!

Dərin hörmət və ehtiramla:

İsmayıllı rayonunun “2019-cu il sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağının iştirakçıları

19 fevral 2020-ci il

Şərh Yaz