Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Cənab Prezident! Siz ölkəmizin qeyrətli oğlu olmaqla xalqımızın, imkansız ailələrin köməyi və qürur yerisiniz. Ailəliklə Sizi salamlayır, Allah qorusun deyirik. Xalqın xeyir-duası həmişə Sizinlədir.

Zəlzələ nəticəsində İsmayıllı rayonunun Diyallı kəndində olan evimiz yaşayış üçün yararsız hala düşmüşdü. Göstərişiniz əsasında bizə yeni ev tikildi. Göstərdiyiniz bu qayğıya görə Sizə və ailənizə minnətdarıq.

Qürurvericidir ki, rəhbərliyiniz altında xalqımız rahat həyat sürür, ölkəmiz gündən-günə gözəlləşir. Allah Sizə şərəfli işinizdə yardımçı olsun!

Sizin kimi qeyrətli övladı bu ölkə üçün yetirdiyinə görə Ulu öndərimizə Allahdan rəhmət diləyirik.

Sizə minnətdarlıq etməyi özümüzə borc bildik. Təzə evə köçəcəyimiz gündə şərəfli adınıza qurban kəsəcəyimizi əhd etmişik. Xahiş edirik minnətdarlığımızı qəbul edəsiniz.

Dərin hörmətlə:

birinci qrup gözdən əlil Elşən Məmmədov vəyat yoldaşızakət Məmmədova

 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

 

Hörmətli Mirdaməd müəllim!

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Kinoproqramlar və Dublyaj” redaksiyasında lentə alınan “Xocalı” filminin çəkilişlərinə şərait yaratdığınız üçün Sizə təşəkkür edir, əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə inanırıq.

Hörmətlə:

Rövşən Məmmədov,

QSC-nin sədri

Şərh Yaz