Anım günü ilə əlaqədar tədbirlər keçirilib

Rayonumuzun bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə ümummilli lider Heydər Əliyevin anım günü ağsaqqalların, ziyalıların və gənclərinin fəal iştirakı ilə qeyd edilmişdir. İƏD üzrə nümayəndəliklərdə dəyirmi masalar, toplantılar və müxtəlif tədbirlər keçirilmiş, ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilərək xalqımızın həyatında və inkişafında müstəsna xidmətlərindən söz açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edib. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir.

Tədbir iştirakçıları Ulu öndərin siyasətini Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyini,  Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərindən, gündən-günə güclənən iqtisadiyyatımızdan, sürətlə abadlaşan, inkişaf edən respublikamızın qazandığı nailiyyətdən iftixarla danışmışlar.

Ulu öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik.

Ehtiram Manafov

Şərh Yaz