Nazirlik şərəfli yol keçib

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 16-da imzaladığı Sərəncama əsasən bu tarix ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə cari ilin həmin günündə İsmayıllı rayonunda tədbir keçirilib.
Tədbirdən öncə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları Ulu öndərin şəhər mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon üzrə Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev nazirliyin rayondakı əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Nazirlik yarandığı  qısa müddət ərzində yaddaşlarda yer tutmuş, çoxsaylı mükəmməl işlər görməklə şərəfli bir yol keçib.
İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında davam etdirilən bayram tədbirində hissə rəisi, polkovnik-leytenant İlkin Cəfərov rayonun ictimai həyatında göstərdiyi fəallıq və peşə bayramı münasibəti ilə işçilərdən bir neçəsini Fəxri fərmanla təltif edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz