İsmayıllı kompaniyaya uğurla qoşulub

Ölməz şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə 650 min ağac əkilməsi təşəbbüsünə İsmayıllı sakinləri də ürəkdən qoşulublar.

Rayon ərazisində bu məqsədlə 25 hektar torpaq sahəsi ayrılıb. Bələdiyyələrin münasib əraziləri, avtomobil yollarının kənarları, yaşıllaşdırma üçün uyğunlaıdırılmış sahələr, park və xiyabanlar, idarə, müəssisə  və təşkilatların həyətləri bu vacib təşəbbüsün icrası üçün müəyyənləşdirilib.

Nəzərdə tutulan ərazilərdə əkiləcək 20 min ədəd ağcaqayın, görüş və qovaq cinslərindən olan tinglərin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sifariş verilib. Ağacların əkiləcəyi ərazilərdə hazırlıq işləri aparılmaqdadır. Oktyabr ayının 22-dən ağac əkiləcək sahələrdə iməcliklər təşkil olunub, ərazilərin bəzisinə münbit torpaq daşınıb, çalalar qazılıb, təmizləmə işləri aparılıb.
Dahi şairin yubleyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi kompaniyasına hazırlıq işləri davam etdirilir.

R.Həsənov

Şərh Yaz