Rayonda əsaslı tikinti:

2019-cu ilin ilk 6 ayında rayonun tikinti müəssisələri 10367,5 min manat həcmində tikinti işi yerinə yetirmişlər. Yerinə yetirilmiş tikinti işlərinin 16,6 faizini və ya 1726,1 min manatını tikinti, yenidənqurma və genişləndirmə işləri, 1,7 faizini və ya 180,6 min manatını əsaslı təmir, 14,0 faizini və ya    1455,4 min manatını cari təmir, 67,7 faizini və ya 7005,4 min manatını isə sair tikinti işləri təşkil etmişdir.

Tikinti müəssisələri tərəfindən keçən ilin müvafiq dövründə görülən işlərin həcmi 3702,1 min manat təşkil etmişdir. Bu ildə yerinə yetirilmiş tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə və ya 6665,4 min manat çox təşkil etmişdir.

Hesabat dövründə tikinti müəssisələrində işləyən işçilərin orta siyahı sayı 266 nəfər olmuş və bir işçiyə düşən orta aylıq əmək haqqı 370,1 manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tikintidə çalışan işçilərin orta aylıq əmək haqqı 8,2 faiz çox olmuşdur.

Rayonda 2019-cu ilin yanvar-iyun aylarında 6487,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas fondlar 52,9 faiz çox istifadəyə verilmişdir. Əsas fondların 32,4 faizini dövlət mülkiyyəti, 67,6 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir.

2019-cu ilin ilk 6 ayında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39883,9 min manat həcmində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 1,3 faiz çox investisiya yönəldilmişdir. Ümumi investisiyanın 16780,8 min manatı və ya 42,1 faizi dövlət mülkiyyətinin, 23103,1 min manatı və ya 57,9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 92,7 faizini təşkil edərək 36985,7 min manat olmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox olmuşdur. Tikinti-quraşdırma işlərinin 45,0 faizini dövlət mülkiyyəti, 55,0 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir.

Allahverdi Mirzəyev,

İsmayıllı Rayon Statistika İdarəsinin məsləhətçisi                   

 

Şərh Yaz