İlin gənc müəllimləri

“İlin gənc müəllimi-2019” müsabiqəsində ilk 50 namizəd bəlli olub.

Müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Müsabiqədə məqsəd motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini aşkarlamaq, tanıtdırmaq və mükafatlandırmaqdır.

Xatırladaq ki, nəticədə, 3 gənc müəllim qalib elan ediləcək. I yerin qalibi 1000, II yerin qalibi 500, III yerin qalibi isə 250 manatla mükafatlandırılacaq.

5 nəfər müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 manat pul mükafatı təqdim ediləcək. Finala keçən 10 müəllimə sertifikat və hədiyyə də təqdim olunacaq.

“İlin gənc müəllimi – 2019” müsabiqəsinə namizəd olan 50 müəllim sırasında rayonumuzu Kürdmaşı kənd tam orta məktəbinin müəllimi Gülnarə Qurbanova və İstisu kənd tam orta məktəbinin müəllimi Şahid Muradlı təmsil edir. Müsabiqənin qaydalarına görə əvvəlcə ilk 10-luq müəyyən ediləcək.  Müəllimlərimizin ikinci mərhələyə keçəcəklərinə və yüksək yerlər tutacaqlarına inanırıq.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz