İsmayıllı təhsilində yüksəliş davam edir

Təhsil millətin gələcəyidir.

Heydər Əliyev

 

İsmayıllı rayonunda təhsil  islahatının həyata keçirilməsi və inkişafı sahəsində əsaslı işlər görülmüş, əhəmiyyətli  tədbirlər həyata keçirilmişdir. Rayonda təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəb və məktəbəqədər təhsil müəssisələri üçün yeni binalar və əlavə korpuslar tikilərək istifadəyə   verilmişdir. 2013-2018-ci illərdə rayonda 1400 şagird yerlik 11 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

 

 

Cari ildə Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Basqal qəsəbəsində 460 şagird yerlik məktəb binası tikilmişdir. Uştalqışlaq kənd tam orta, Girk kənd ümumi orta məktəbləri üçün modul tipli yeni məktəb binaları quraşdırılmışdır. Heydər Əliyev Fondu tərəfindən Gəraybəyli kənd tam orta məktəbi üçün yeni məktəb binası tikilməkdədir. Həmin yeni məktəb binaları yeni dərs ilinin ilk günlərində istifadəyə veriləcəkdir. Cənab Prezidentin Sərəncamı ilə İsmayıllı şəhərində 100 uşaq yerlik yeni uşaq bağçası, körpələr-evi tikilmişdir. Heydər Əliyev Fondu tərəfindən Quşencə kəndində yeni uşaq bağçası binası tikilməkdədir. Rayon ümumtəhsil  məktəblərini İKT avadanlıqları ilə təmin edilməsi  və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülmüşdür. Məktəblərdə 1224 ədəd kompyuter, 100-dən artıq proyektor, 46 ədəd elektron lövhələr şagirdlərin istifadəsindədir. Məktəblərin əksəriyyətinin internet çıxışı vardır.

Rayon ümumtəhsil məktəblərində Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində sistemli iş aparılmış, uğurlu nəticələr qazanılmışdır.

Rayon təhsil şöbəsi rayonun ayrı-ayrı məktəblərində aşkar edilmiş istedadlı şagirdlər haqqında məlumatları toplamış, “İstedad bankı” yaratmışdır. Rayonda istedadlı şagirdlərin inkişafı istiqamətində sistemli iş təşkil edilmişdir. Nəticədə rayonun istedadlı şagirdləri müxtəlif səviyyəli yarış və müsabiqələrdə uğurlu nəticələr qazanmışlar.

Fənn olimpiadalarının Respublika  mərhələsində bir qayda olaraq rayonun istedadlı şagirdləri yüksək  nəticələr qazanırlar. Bu sahədə rayonumuz  Respublikada ön mövqelərdə  qərarlaşır.

 

2013-2018-ci illərdə Fənn olimpiadalarının Respublika mərhələsinin qalibləri olmuş istedadlı şagirdlər:

 

2013-2014-cü  dərs ili – Hüseynova Aygün  Aydın qızı – Cülyan kənd tam orta məktəb, Abdullayeva Şəhla Teymur qızı – İsmayıllı şəhər 5 nömrəli  tam orta məktəb.

2014-2015-ci  dərs ili – Ağayev Taleh Xatir oğlu – Cülyan kənd tam orta məktəb, Məmmədova Cəmilə – Xankənd kənd tam orta məktəb, Lətifov Ağalətif  İsaq oğlu – İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb, Məmmədov Ülvi – İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb, Cəbrayılov Vahab – Lahıc  qəsəbə tam  orta məktəb.

2015-2016-cı  dərs ili – Talıbzadə Vaqif Oqtay oğlu – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb, Hüseynov Cavidan – İvanovka kənd tam orta məktəb, Kazakova Tatyana – İvanovka kənd tam orta məktəb, Minnikova Valentina – İvanovka kənd tam orta məktəb, Minnivov Nikolay – İvanovka kənd tam orta məktəb.

2017-2018-ci dərs ili – Yarməmmədli Niyalə Xosrov qızı – Lahıc qəsəbə tam orta məktəb, Hacıyev Rinat Adil oğlu – Sumağallı kənd tam orta məktəb.

2018-2019-cu tədris ilindəŞıxməmmədli Aytən Telman qızı, Xancanlı Nicat Arif oğlu, Cəfərov Misir Şirxan oğlu, Məmmədova Aytac Aydın qızı (İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri).

 

Rus dili olimpiadasında

 

Qəhrəmanova Zümrüd, Fərzəliyeva Dinarə (İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri), Qabel İnna, Əliyev Cavidan, Minnikova Anna, Həsənova Aysel ( İvanovka kənd tam orta məktəbinin şagirdləri).

Rayon İcra Hakimiyyəti uğur qazanmış şagirdlərin həvəsləndirilməsini daim diqqətdə saxlamış onları hədiyyələrlə mükafatlandırmışdır. Bu da şagirdləri  daha yüksək nəticələr qazanmağa həvəsləndirmişdir.

Əvvəlki illərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə keçirilən inşa yazı müsabiqəsində Cülyan kənd tam orta məktəbinin şagirdləri Elnarə İdrisova, Gülqədəm Fərmanlı, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Zeynəb İsayeva qalib gəlmişdir. Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə respublika üzrə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində Təzəkənd kənd tam orta məktəbinin şagirdi Əsgərli Gülsüm qaliblər sırasında yer tutmuşdur.

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın yubileyi ilə əlaqədar keçirilən respublika inşa yazı müsabiqəsində şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi  Bağırova Aysel qaliblər sırasında yer tutmuşdur.

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kubok uğrunda intellektual bilik yarışında rayonun komandası bütün rəqiblərinə üstün gələrək kuboka sahib olmuşdur.

“Gələcək nəsillərlə üz-üzə” VI Ümumrespublika yazı müsabiqəsində Lahıc qəsəbə tam orta məktəbinin şagirdi Lamiyə Səfərova I, İsmayıllı şəhər 2 nömrəli tam orta və İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin 4  nəfər şagirdi isə II yeri tutmuşdur.

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblərin ekoloji maarifləndirilməsini inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə keçirilən məktəblilərin Respublika ekoloji breyn-rinq bilik  yarışında Təzəkənd kənd tam orta məktəbin komandası bütün rəqiblərinə üstün gələrək I yeri tutmuşdur.

Rayon məktəbləri  İKT və yeni texnogiyalarla bağlı  keçirilən müsabiqələrdə yüksək hazırlıq nümayiş etdirirlər. “ALPLOQO-2018 proqramlaşdırma” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Fərid Mustafayev, Hacıhətəmli kənd tam orta məktəbin şagirdi Hacı Şirəliyev və şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Məhəmmədəli Babayev qaliblər sırasında yer tutmuşlar.

Təhsil Nazirliyi tərəfindən keçirilən “Gooqle SKETCHUP proqramında “Ən yaxşı üçölçülü model”  müsabiqəsində şəhər 3 nömrəli  məktəb-liseyin şagirdi Əli Babayev və Cülyan kənd tam orta məktəbinin şagirdi Nuruzadə Şahin III yeri tutmuşdur.

“Ədəbiyyat biliciləri” respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi  Jalə Ağayeva, şəhər 3 nömrəli məktəb-liseyin şagirdi  Jalə Abdulrazaqova qalib gəlmişdir.

Azərpoçtla Təhsil Nazirliyinin birgə keçirdiyi inşa yazı müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Behbud Məmmədov, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Əminə Şahvələdli  qalib gəlmişdir.

Rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”ların istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyəti böyükdür. Kiçik akademiyaların üzvü olan istedadlı şagirdlərin apardıqları araşdırmalar gələcək elmi işləri üçün bünövrə ola bilər. Bu sahədə İsmayıllı şəhər 1 nömrəli, Lahıc qəsəbə, Təzəkənd və Sumağallı kənd tam orta məktəbləri şagirdlərinin apardığı tədqiqat işləri diqqətəlayiqdir.

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən rayonların komandaları arasında İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” intellektual yarışlarında rayonumuzun komandaları iki dəfə I yer, bir dəfə isə II yer tutmuş, yarışların kuboklarını qazanmışdır.

 

Təhsildə qazandıqları ən yüksək  nəticələrə görə 2013-2019-cu illərdə rayon ümumtəhsil məktəblərinin 16 nəfər məzunu qızıl və 4 nəfər məzunu gümüş medallarla təltif edilmişdir:

 

2013-cü il  –  Qızıl medal – Ağazadə Aydan Mütarif qızı, Şahlarlı  Murad Elxan oğlu, Ağazadə Ramiq Natiq oğlu (Təzəkənd kənd tam orta məktəbinin şagirdləri), Bayramlı Almaz  Səlim qızı – Lahıc qəsəbə tam orta məktəb.

2014-cü il – Müslümzadə Lalə Şaiq qızı – Gəraybəyli kənd tam orta məktəb, Uryupina Mariya Mixaylovna – İvanovka kənd tam orta məktəb, İsgəndərov Şamil Asif oğlu – Qalınçaq kənd tam orta məktəb, Abdullayeva Şəhla Teymur qızı – İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb.

2015-ci il – Canalıyeva Fidan Xaqani qızı – İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb.

2016-cı il – Lətifov Ağalətif İsaq oğlu – İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb, Ağayev Taleh  Xatir oğlu Cülyan kənd tam orta məktəb, Dəmirli  Şəhla Firidun qızı – İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb.

2017-ci il – Cəbrayılov Vahab  – Lahıc qəsəbə tam orta məktəb, Talıbzadə Vaqif Oqtay oğlu – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb, Məmmədova Cəmilə – Xankənd kənd tam orta məktəb, Ağazadə Murad Rövşən oğlu – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb (Sonuncu gümüş medal).

2018-ci il –  Yarməmmədli Niyalə Xosrov qızı – Lahıc qəsəbə tam orta məktəb, Orlova Anna  Viktorovna- İvanovka kənd tam orta məktəb (Sonuncu gümüş medal).

2019-cu il – İlknur Murad Çingiz qızı, Cəfərov Misir Şirxan oğlu (İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey)

 

 

Dövlət İmtahan Mərkəzinin Statistik məlumatlarında Tələbə Qəbulu İmtahanlarının nəticələrinə görə hər il bir qayda olaraq İsmayıllı Rayon Təhsil Şöbəsi 1-ci onluqda qərarlaşır. 2018-ci ilin nəticələrinə görə rayonumuz respublikada kənd rayonları arasında 2-ci olmuşdur.

Yola saldığımız tədris ilində rayon ümumtəhsil məktəblərini 752 nəfər bitirmiş, 380 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur. Onlardan 80 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən yüksək bal toplamışdır. Ali məktəblərə qəbul olanların faizi əvvəlki illərdən daha yüksəkdir.

Ali  məktəblərə tələbə  qəbulu imtahanlarında qazandıqları ən yüksək nəticələrə görə son illərdə rayon ümumtəhsil məktəblərinin 10 məzunu Prezident təqaüdünə layiq görülmüşdür. 2013-2018-ci illərdə Prezident təqaüdünə layiq görülmüş məzunların 2 nəfəri İsmayıllı şəhər 5, 2 nəfəri İsmayıllı şəhər 6, 2 nəfəri Cülyan kənd, 2 nəfəri Təzəkənd kənd, 1 nəfəri İsmayıllı şəhər 1 nömrəli və 1 nəfəri İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin məzunlarıdır.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində rayonun 22 məktəbi qalib gəlmişdir:

 

2007-2008-ci dərs ili – İsmayıllı şəhər 1 nömrəli, Lahıc qəsəbə, Talıstan kənd tam orta məktəbi;

2008-2009-cu dərs ili – İsmayıllı şəhər 3 nömrəli, İsmayıllı kənd, İvanovka kənd tam orta məktəbi;

2009-2010-cu dərs ili – İsmayıllı şəhər 5 nömrəli, Təzəkənd kənd, Cülyan kənd, Mican kənd tam orta məktəbi;

2010-2011-ci dərs ili – Sumağallı kənd, Buynuz kənd, Qoşakənd kənd tam orta məktəbi;

2011-2012-ci dərs ili – Qubaxəlilli kənd, Tircan kənd, Şəhər 2 nömrəli tam orta məktəbi;

2012-2013-cü dərs ili – İsmayıllı şəhər 1 nömrəli, Lahıc qəsəbə, Talıstan kənd tam orta məktəbi;

2013-2014-cü dərs ili – İvanovka kənd tam orta məktəbi;

2014-2015-ci dərs ili – İsmayıllı şəhər 5 nömrəli, Təzəkənd kənd tam orta məktəb.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində rayonun 26 müəllimi qalib gəlmişdir:

 

2007-2008-ci dərs ili – Şükufə  Nəcəfova, Ülviyyə  Tahirova – İsmayıllı şəhər 1 nömrəli  tam orta məktəb;

2008-2009-cu dərs ili – Humay Əhmədova, Çingiz  Muradlı – İsmayıllı şəhər 3, Fəqan Məmmədov – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb;

2009-2010-cu dərs ili – Şərafət Bayramov – Cülyan kənd, Rövşən Əliyev – Lahıc qəsəbə, Əjdər Mirzəyev – Qubaxəlilli kənd tam orta məktəb;

2010-2011-ci dərs ili – Əsgər Manafov – İsmayıllı kənd tam orta məktəb;

2011-2012-ci dərs ili – Pərvanə Piriyeva – İsmayıllı şəhər 1 nömrəli, Samir Ağabalayev – Lahıc qəsəbə, Tahir Abdullayev – Cülyan kənd tam orta məktəb;

2012-2013-cü dərs ili – Ruhiyyə  Mahmudova – İsmayıllı şəhər 1, Şəkər Hacıyeva – İsmayıllı şəhər 2, Brilyand Mursalova – İsmayıllı şəhər 3 nömrəli, Minazər Mahmudova – İsmayıllı kənd tam orta məktəb;

2013-2014-cü dərs ili – Dadaş Əliyev – Lahıc qəsəbə, Təranə Məmmədova –  İsmayıllı şəhər 1, Şahin Gənciyev – İsmayıllı şəhər 5, Bahar Abdullayeva – İsmayıllı şəhər 1, Çingiz Muradlı – İsmayıllı şəhər 3, Eminə Orucova – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb;

2014-2015-ci dərs ili – Rövşən Əliyev – Lahıc qəsəbə, Şərafət Bayramov – Cülyan kənd, Leyla Babayeva – İsmayıllı şəhər 1, Vasif Cabbarov – İsmayıllı şəhər 3 nömrəli tam orta məktəb.

 

Respublika Prezidenti cənab İlham Əliyevin 03 dekabr 2016-cı il tarixli  Sərəncamı ilə “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” mükafatı üçün Azərbaycan Respublikasının Dövlət  büdcəsindən hər il nəzərdə tutulan vəsaitin təhsildə inkişaf və innovasiya üzrə qrant layihələrin həyata keçirilməsinə yönəltməyi göstərmişdir.

Artıq müsabiqə 2 mərhələ keçirilərək yekunlaşdırılmışdır. Həmin müsabiqənin hər iki mərhələsində rayon ümumtəhsil məktəblərinin müəllimləri uğurla iştirak edərək qaliblər sırasında yer tutmuşlar. I Qrant müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Pərvanə Piriyeva, Surə Mehdiyeva, Topçu kənd tam orta məktəbin müəllimi Gülər  Babayeva və Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev, II Qrant müsabiqəsində isə şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri Surə Mehdiyeva, Təranə Yusifova, Lahıc qəsəbə tam orta məktəbin müəllimi  Rövşən Əliyev, Topçu kənd tam orta məktəbin müəllimi Tünzalə Mustafayeva və Aşıqbayram kənd tam orta məktəbin müəllimi Afaq Məmmədova qalib gəlmişdir. III Qrant müsabiqəsində Topçu kənd tam orta məktəbi, şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ayşən Əliyeva və Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev qalib gəlmişdir.

Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılmışdır. Keçən müddət ərzində Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayon ümumtəhsil məktəblərinin 14 nəfər qabaqcıl müəlliminə Əməkdar müəllim fəxri adı  verilmiş, 10 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif  edilmişdir. Respublika Təhsil Nazirliyi tərəfindən 40 nəfərdən çox müəllimə “Qabaqcıl təhsil  işçisi” döş nişanı verilmişdir.

 

Rayon məktəblərinin beynəlxalq əlaqələri də genişlənmişdir:

 

Rayonumuzla Yaponiyanın İto şəhəri arasında bağlanmış dostluq müqaviləsi çərçivəsində hər il məktəblərin dostluq səfərləri təşkil edilir. Məktəblilər Gündoğan ölkə ilə yaxından tanış olmaqla “İto yay festivalı”nda iştirak etmişlər. Yaponiyalı qonaqlar da rayonumuza səfər etmiş, rayonumuzla yaxından tanış olmuş və ölkələrinə xoş təəssüratlarla qayıtmışlar. Şəhər 1 nömrəli tam orta məktəbində distant təhsil formasında şagirdlərə yapon dilinin öyrədilməsi təşkil edilmişdir.

Dünyanın 41 ölkəsinin qatıldığı e-Twninq layihəsi çərçivəsində beynəlxalq  müsabiqədə  Respublikamızın 6 məktəbi (Bakı şəhərinin 2 məktəbi, Sumqayıt şəhərinin 2 məktəbi, İsmayıllı rayonunun 2 məktəbi)  müsabiqənin qalibi olmuşdur. Bu müsabiqədə qalib gəlmiş şəhər 1 və 5 nömrəli tam orta məktəbləri Avropa məktəbi adına layiq görülmüşlər.

Şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi İsrayılzadə Şamxal Abil oğlu ABŞ-ın San-Dieqo Dövlət  Universiteti, STEM Qlobal Koryera İnstitutu, STEM Akademiyasının birgə keçirdiyi beynəlxalq  “Wornshop” konfransında ingilis dilində keçirilən yarışda qaliblər sırasında yer almışdır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Amerika Azərbaycan dostluq münasibətlərini necə inkişaf etdirmək olar?” mövzusunda keçirilmiş   inşa yazı müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağayeva Lalə Xaspolad qızı qalib gəlmişdir.

Fransanın paytaxtı Paris şəhərində “İngilis dilinin tədrisində yeni zirvələri fəth edək” adlı 35-ci TESOL France konfransı keçirilmişdir. Konfransda Fransa, İngiltərə, İrlandiya, Niderland, Belçika, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Yaponiya, İspaniya, Yunanıstan, Macarıstan, Ukrayna, Polşa, Argentina, Misir, Tunis, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. dövlətlərdən olan məruzəçilər və pedaqoqlar iştirak edib. Azərbaycanı bu konfransda şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova təmsil etmişdir. İngilis dilinin xarici dil kimi tədrisi ilə bağlı müxtəlif mövzularda plenar məruzələrdə, sessiya və panellərdə iştirak etməklə yanaşı “Effektiv dinləmə və tənqidi təfəkkür” adlı təqdimat vorkşop da keçirmişdir.

“e-Twinning Plus” layihəsi çərçivəsində Hollandiyada keçiriləcək Beynəlxalq seminarda iştirak etmək üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində keçirilən “Kontakt seminarlarda nə üçün iştirak etmək istəyirəm” müsabiqəsinin II mərhələsinə çağırılmış Respublika üzrə 12 müəllimin 6-sı  İ.Həsənov adına  İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri olmuşdur.

“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşan müsabiqədə Surə Mehdiyevanın “Səsli  kitablar” layihəsi qalib gəlmişdir. Layihə ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimi  keçirilmişdir.

“e-Twinning Plus” layihəsi çərçivəsində qazandığı uğurlara görə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Ruhiyyə Mahmudova, Təranə Yusifova, Surə Mehdiyeva, Mehri  Məmmədova, Şükufə Nəcəfova “Milli  keyfiyyət nişanı” mükafatı almışlar. “ e-Twinning Plus” layihəsi çərçivəsində aprel ayında Türkiyənin İzmir şəhərində təşkil olunmuş Beynəlxalq kontakt seminarda İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Ruhiyyə Camaləddinova və İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Leyla Əzimova iştirak etmişlər. İsmayıllı əhər 1 və 5 nömrəli tam orta məktəblər müəllimlərinin fəaliyyətinə görə “Avropa məktəbi” adına layiq görülərək Respublikanın 6 məktəbi sırasına düşmüşlər. Həmin layihə çərçivəsində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 28 nəfər, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin isə 13 nəfər şagirdi mükafata layiq yerlər tutmuşdur.

10-14 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyində Hacıhətəmli kənd tam orta məktəbin komandası 2015-ci ildə I, 2016-cı ildə isə II yerin sahibi olmuşdur.

Rayonda təhsil islahatının həyata keçirilməsi və təhsilin yüksələn xətt üzrə inkişafı davam etdirilməkdədir.

Ramiz Baloğlanov,

Əməkdar müəllim, İsmayıllı RTŞ-nın aparıcı məsləhətçisi

 

Şərh Yaz