Növbəti uğur

“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14 sentyabr 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə bağlı 2 mərhələdə – rayon (şəhər) və ölkə mərhələləri üzrə pedaqoji mühazirələr təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Respublika üzrə keçirilən pedaqoji mühazirələrinin yekunları barədə açıqlama verib.

Bölmələr üzrə işin nəticələrinə dair protokol sənədlərinə əsasən, təhsilin müxtəlif sahələrində çalışanlar, fənn müəllimləri sırasında  İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbinin musiqi müəllimi Surə Tahir qızı Mehdiyevanın  da fərqləndiyi və təhsil nazirinin Tərifnaməsinə layiq görüldüyü bildirilir.

İsmayıllı xəbərləri”

Şərh Yaz