Nazir İsmayıllıda vətəndaşları qəbul edib

İyun ayının 7-də Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirib.

İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqovla görüşən nazir ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib. Abidə önünə tər qızılgüllər qoyub.

Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Qəbələ, Oğuz rayonlarından olan vətəndaşlar dinlənilib.
Xahiş və müraciətlər Azərbaycanda, o cümlədən regionda idman sahələrinin daha da inkişaf etdirilməsi istiqamətində olub. Rayonların İdman-Olimpiya Komplekslərinə idman qurğuları və avadanlıqlarının verilməsi, QHT-lərin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı məsələləri müraciətlərin əsasını təşkil edib.
İsmayıllıda “Gənclər evi”nin tikintisi, nüfuzlu idmançılara fəxri adların, ustalıq, məşqçilik dərəcələrinin verilməsi də müraciətlərin sırasında yer alıb.

Yerindəcə həlli mümkün olan məsələlər də olub. Müraciətlərin bir qismi isə nazirliyin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə göndərilmək üçün qeydə alınıb. Baxılması üçün icraya yönəldilən məsələlər də olub.

Ş.Soltanov

Şərh Yaz