Bina əsaslı təmirdən sonra istifadəyə verilib

İsmayıllıda hərtərəfli inkişafa göstərilən diqqət mədəniyyət və incəsənət sahəsində də uğurlu nəticələr qazanılmasına imkanları artırmaqdadır. Uzun illər normal şəraitə ehtiyacı olan İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbidə may ayının 24-də, əsaslı təmirdən sonra açılış keçirilib.

Açılışda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, məktəbin işçi heyəti, burada təhsil alan uşaqların valideynləri, digər mədəniyyət müəssisələrinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış tədbirində çıxış edənlər digər sahələrlə yanaşı mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsinə dövlətin göstərdiyi böyük diqqətdən danışıblar.

Çıxış edənlər yaradılan şəraitin kollektivin fəaliyyətinə yaxşı mənada təsir edəcəyindən, şagirdlərin musiqi biliklərinə dərindən yiyələnməsinə, bacarıqlarını daha rahat ifadə edə bilmələrinə stimul olacağına əmin olduqlarını bildiriblər.

Çıxışlarda  sözü gedən mədəniyyət ocağında görülən işlərə görə ölkə rəhbərliyinə, bu işdə zəhməti olanlara  minnətdarlıq ifadə olunub.

Ş.Soltanov

Şərh Yaz