Dövlət-vətəndaş birliyindən razılıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 14 iyun 2019-cu il tarixdə Qurbanəfəndi kənd sakinlərindən bir qrupunu kənddəki tam orta məktəbdə qəbul edib.

Keçirilən qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Qəbulda olan kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğıdan, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən – dövlət-vətəndaş birliyindən razılıq ifadə edərək, üzləşdikləri problemin həllində köməyə ehtiyac duyduqlarını bildiriblər.
Qəbul iştirakçıları fərdi məsələlərlə yanaşı, elektrik xəttlərində kabelləşdirilmə işinin davam etdirilməsini, bələdiyyəyə perspektiv inkişaf torpaqlarının ayrılmasını, “Tala” adlanan sahənin suvarma suyu ilə təmin olunmasını, yeni məktəb binasının tikilməsini, İsmayıllı-Qəbələ magistral yolundan başlamaqla  kəndin mərkəzi küçəsinin asfaltlaşdırılması kimi xahişlərini RİH başçısına çatdırıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Qurbanəfəndi kəndində keçirilən səyyar qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə əlaqədar müvafiq yuxarı təşkilatlara məlumatların çatdırılacağını bildirib. Bəzi məsələlərin həllini isə yerli təşkilat rəhbərlərinə tapşırıb, müvafiq  göstərişlər verib.
İsmayıllı xəbərləri”

 

Şərh Yaz