Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə

Azərbaycan Respublikası üzrə:

 

2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.

Dövlət qulluqçularının 7,4 faizi 1 ilə qədər, 24,2 faizi 1 ildən 5 ilə qədər, 23,2 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21,0 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,7 faizini şöbə müdirinin müavinləri, 7,9 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil etmişdir.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil etmişdir.

 

İsmayıllı Rayonu üzrə:

 

2019-cu il yanvarın 1-nə rayonda dövlət qulluqçularının sayı ştat cədvəli üzrə 302 nəfər olmuşdur ki, onun da 294 nəfəri faktiki işləyənlərdir. Dövlət qulluqçularının 18,7 faizini və ya 55 nəfərini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 84,0 faizi 4-7-ci təsnifatları üzrə və 16,0 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.

Dövlət qulluqçularının 5,1 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 27,6 faizi 5 ildən 10 ilə qədər, 12,2 faizi 10 ildən 15 ilə qədər, 31,6 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 31 nəfər, 30-34 yaşda 43 nəfər, 35-44 yaşda 60 nəfər, 45-54 yaşda 78 nəfər, 55-62 yaşda 74 nəfər, 63-64 yaşda 5 nəfər, 65 və yuxarı yaşda 3 nəfər.

Rayonda 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,2 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 20,3 faizini şöbə müdirləri, 18,6 faizini şöbə müdirinin müavinləri, 5,3 faizini sektor müdirləri, 26,3 faizini baş məsləhətçilər, 1,6 faizini böyük məsləhətçilər, 11,7 faizini aparıcı məsləhətçilər və 15,0 faizini məsləhətçilər təşkil etmişdir.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 12,1 faiz artaraq 522,0 manat təşkil etmişdir.

Daşmir Məmmədov,

İsmayıllı Rayon Statistika

İdarəsinin rəis müavini                 

Şərh Yaz