İsmayıllı Rayon İcra Hakimiyyəti birinci rübün hesabatını verib

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı 2019-cu ilin birinci rübündə də davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə başlanan işlərə tikinti-abadlıq, quruculuq, sosial, yol infrastrukturu, təhsil, sənaye, mənzil şəraiti və aqrar istehsal layihələrinin həyata keçirilməsinə yeni temp gətirib. Bu da onunla nəticələnib ki, birinci rübdə ümumi məhsul buraxılışı 38 milyon 651 min manat təşkil edib. Onun 11 milyon 992 min manatı kənd təsərrüfatının payına düşür. İnvestorlar və iş adamları üçün yaradılan şəraitin nəticəsində əsas kapitala investisiya qoyuluşu 8 milyon 775 min manata çatıb. Rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında bunlardan ətraflı danışılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib.
RİH başçısının birinci müavini Rövşən Ağayev sosial-iqtisadi inkişafın müxtəlif sahələrinin strateji yol xəritələrindən danışıb.
Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədovun və Rayon Məşğulluq Mərkəzinin direktoru Asif Cabbarovun çıxışları dinlənilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov hesabat yığıncağında çıxış edib.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.

Valeh Salehov,

Dövlət qulluğu veteranı

 

Şərh Yaz