“Heydər Əliyev İdarəetmə Məktəbi” – Xəlilli kəndi

6 may 2019-cu il tarixdə İsmayıllı rayonunun Xəlilli kəndində Gəraybəyli, Xəlilli və Qubaxəlilli kənd sakinləri və məktəblilərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Heydər Əliyev idarəetmə məktəbinin məşğələsi keçirilib.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb. Daha sonra Ulu öndərin həyatı haqqında sənədli film nümayiş olunub.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Rəşid Məmmədov, Gəraybəyli İƏD üzrə nümayəndə Rüstəm Babayev və Qubaxəlilli kənd sakini Firdovsi İsmayıllı ümummilli lider Heydər Əliyev haqqında çıxışlar edib. Çıxışlarla yanaşı kənd ağsaqqallarının Ulu öndərin 1981-ci ildə Xəlilli kənd sakinləri ilə görüşü haqqında xatirələri  dinlənilib.
Tədbirdə Gəraybəyli, Xəlilli və Qubaxəlilli kənd tam orta məktəblərinin şagirdlərinin Ulu öndər haqqında şeir və mahnıları ifa olunub, kompozisiyalar və flaşmoblar nümayiş etdirilib.

Şərh Yaz