“Heydər Əliyev İdarəetmə Məktəbi” – Talıstan kəndi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar rayonun Talıstan və İstisu  kəndlərində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə Talıstan kənd tam orta məktəbinin  direktoru Aydın Əzizov  açıb.  Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
İdarəetmə məktəbinin məşğələsində  həmin məktəbin tarix müəllimi Tamam Cəbiyeva, Təzəkənd kənd tam orta məktəbinin  tarix müəllimi Hacalı Səlimov və Cülyan kənd tam orta məktəbinin tarix müəllimi Dilqəm Əzimov çıxış ediblər.
Diyallı, Talıstan, Cülyan və Təzəkənd kəndində iştirakçılar  mövzu ətrafında çıxış ediblər.
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva və RTŞ-nin baş məsləhətçisi Ramiz Baloğlanov mövzu ətrafında dinləyicilərlə fikirlərini bölüşüblər.
Məktəbin şagirdləri Ulu öndərin ruhuna layıq şeirlər və mahnılar  söyləyiblər.

Şərh Yaz