“Nümayəndə günü” görüləcək işləri dəqiqləşdirir

4 aprel 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində növbəti  “Nümayəndə günü” keçirilib. “Nümayəndə günü”ndə RİH başçısının birinci müavini Rövşən Ağayev iştirak edib. Rayon icra hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərində notariat əməliyyatları və vətəndaşların qeydiyyatı aktlarının icrası vəziyyəti barədə RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Pakizə Abbasova məruzə edib.
10 aprel-10 may 2019-cu il müddətində keçiriləcək “Təmizlik aylığı” ilə əlaqədar görüləcək işlər barədə RİH aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov icra nümayəndələri və bələdiyyələrə  tapşırıqlar verib.
İcbari sığortanın təşkili ilə bağlı “Paşa Sığorta” ASC-nın Ağsu rayon nümayəndəsi Ağadur Məmmədov  “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsini diqqətə çatdırıb, sığorta xidmətinin geniş miqyasda təbliğini vacib sayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ehtiram Manafov

 

Şərh Yaz