Milli Ordunun gücünə inam

Ölkə ərazisində, eləcə də Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon bölməsində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

İlin ilk günlərindən başlayaraq yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

İsmayıllı rayonunun baytar mütəxəssisləri aprel ayının 4-ə düşən toplantılarında vəzifələrindən irəli gələn məsələləri ikinci plana ötürərək, 2016-cı ilin Aprel döyüşlərində Milli Ordumuzun qüdrət və şücaətindən danışıblar.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş soydaşlarımızın, o cümlədən Azərbaycan tarixinə Qələbənin başlanğıc mərhələsi kimi düşən Aprel döyüşlərində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon bölməsinin rəisi Barat Şahalıyev həmin döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz Mikayıl Vahabzadənin qısa, lakin mənalı ömür yolu barədə məlumat verib.

Tədbir iştirakçıları dövlətimizin iqtisadi gücünün durmadan artmasını əsas tutaraq, düşmən tapdağında olan torpaqlarımızın tezliklə yağılardan təmizlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

“İsmayıllırləri

Şərh Yaz