Şəhidlər unudulmur

????????????????????????????????????

Novruz bayramı və Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlovun, eləcə də şöbənin bir qrup əməkdaşının iştirakı ilə İsmayıllı şəhidlərinin ailələri ziyarət olunub.

Şəhid ailələri onlara göstərilən dövlət qayğısından, eləcə də rayon rəhbərliyi tərəfindən olan diqqətdən razılıq ediblər.

Ziyarət zamanı ailələrə sovqat bağlamaları təqdim olunub. Şəhidlərin ailə üzvləri göstərilən qayğının dəyərindən söz açıb, unudulmamağın əvəzsizliyini bildiriblər.

Ziyarətolunmada iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Məhərrəmov şəhid ailələrini maraqlandıran məsələlərin qeydiyyatını aparıb, razılıqlarını aidiyyəti təşkilat və şəxslərə çatdıracağını bildirib.

“İsmayıllırləri”

????????????????????????????????????

Şərh Yaz