Əzmlə çalışmaq tövsiyə olunub

11 aprel 2019-cu il tarixdə Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin tələbə-şagird və müəllim heyəti ilə görüş keçirib.

Millət vəkili tələbələr qarşısında “Azərbaycanın sürətli inkişafı və mövcud durum” mövzusunda çıxış edib.
N.Aslanov Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb, Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq müstəvidə aparılan işlər barədə məlumat verib.
Daha sonra millət vəkili tələbə və şagirdləri, müəllimləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Deputat hər iki təhsil ocağında yaradılmış şəraitin, buradakı keyfiyyətli təhsilin tələbə və şagirdlər üçün əvəzsiz şans olduğunu qeyd edib, gənclərə daha əzmlə çalışmağı tövsiyə edib.

malə İsmayılova

Şərh Yaz