İməciliklər davam etdiriləcək

İsmayıllı rayonunda 10 aprel-10 may tarixləri ərzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Təmizlik aylığı” keçirilir. Təşəbbüslə əlaqədar olaraq İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin həyətində artıq 300 ədəd ağac və gül kolları əkilib.

Təmizlik aylığı ilə əlaqədar kollecin həyətyanı sahəsində ekoloji mühitinin yaxşılaşdırılması və ərazinin abadlaşdırılmasına xidmət edən iməcilikdə müəllim və tələbələrin iştirakı ilə təmizlik işləri aparılır, ağac və güllərin gövdəətrafı bellənməsi, gövdələrin əhənglənməsi, ərazinin kol-kosdan və daşlardan təmizlənməsi işləri davam etdirilir.

Ekoloji tarazlığın bərpası, ətraf mühitin təmizliyi, təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan iməcilik aksiyaları may ayının sonuna qədər keçiriləcəkdir.

Sevinc Hacıyeva

Şərh Yaz