Minnətdarlıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçı cənab Mirdaməd Sadıqova

 

rmətli Mirdaməd müəllim!

Biz Cülyan kəndində yeni salınmış məhəllədə yaşayırıq. İndiyə qədər İsmayıllı şəhərinə çəkilmiş köhnə

dəmir borudan evlərimizə xətt çəkərək sudan istifadə edirdik. Son vaxtlar suyun rəng və dadına ciddi şübhələrimiz yarandı, xətti  nəzərdən keçirmək qərarına gəldik. Baxış zamanı məlum oldu ki,  boru köhnəlmiş, çürüyərək yerbəyerdən deşilmişdir. Atmosfer və qrunt suları, hətta çirkab sular axaraq boruya dolurdu. Məcburiyyət qarşısında həmin sudan istifadə etməli olurduq.

Bir müddət əvvəl məhəlləyə gələn su xəttinin İsmayıllı şəhərinə plastik boru ilə yeni çəkilmiş su xəttinə birləşdirmək xahişi ilə Sizə müraciət etmişdik. Vətəndaşlar tərəfindən edilən xahiş və müraciətlərə diqqətlə yanaşdığınızdan əmin idik ki, xahişimizə diqqətlə yanaşacaqsınız. Bu gün qayğıkeşliyinizin bir daha şahidi olduq. Çoxdankı arzumuz reallaşıb. Hazırda tərtəmiz, keyfiyyətli sudan istifadə edirik. Sizdən çox razıyıq və dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar arzulayırıq!

Dərin hörmətlə:

lyan kəndinin bir qrup sakini

 

Şərh Yaz