Görülən işlər göstərilən diqqətə cavabdır

İsmayıllı Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin yaranmasının 7-ci ildönümü ilə əlaqədar rayon şöbəsinin bütün əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Tədbir daha sonra rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ordu quruculuğunda, silahlı qüvvələrin daha mübariz, daha sağlam və vətənpərvər kadrlarla təmin olunmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin böyük işlər gördüyünü, bu istiqamətli dövlət siyasətinin həyata keçirilməsində xüsusi xidmətləri olduğunu deyib.

Tarixi gün münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşlarını təbrik edən başçı fərqlənən əməkdaşları rayon İcra Hakimiyyətinin Fəxri fərmanlarına layiq görüb.
Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov tədbirin təşkilinə və təbrikə görə təşəkkürünü bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova Dövlət Xidmətinin Xatirə medalını, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova, RİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədova və şəhər 3 nömrəli məktəb-liseyin hərbi-hazırlıq rəhbəri Oqtay Əliyevə rayon şöbəsinin Fəxri fərmanlarını təqdim edib.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova Şöbənin xanım əməkdaşlarına rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələrini təqdim edib, şöbə işçilərinə təbrik ünvanlayıb.

Rayon məhkəməsinin sədri Rafael Şirinov, rayon prokuroru Tural Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəis əvəzi Cavid Hüseynov və rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Dövlət Xidməti Rayon Şöbəsinin əməkdaşlarını təbrik ediblər.

Şərh Yaz