Tibbi müayinənin təşkilinə dair müşavirə

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinəsi fevral ayının 11-dən may ayının 1-dək həyata keçiriləcək.

Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 6 fevral 2019-cu il tarixli 18 nömrəli sərəncam verib, tibbi müayinənin nümunəvi təşkili ilə bağlı tədbirlər müəyyənləşdirilib. RİH başçısının sədrliyi ilə  komissiya yaradılıb, işçi qruplarının tərkibi hazırlanıb, qrafik tərtib edilib.
Səhiyyə mütəxəssislərinin, işçi qrup rəhbərlərinin, icra nümayəndələrinin iştirakı ilə 9 fevral 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə bütün bunlardan ətraflı danışılıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, komissiya sədri Mirdaməd Sadıqov  tibbi müayinənin əhəmiyyəti və mahiyyətindən, bu sahədə icra strukturlarının üzərinə düşən vəzifələrdən, tibbi müayinənin xalqa xidmətin gərəkli yolu olduğundan ətraflı bəhs edib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov tibbi müayinənin keçirilməsi ilə əlaqədar hazırlıq işləri, təchizat problemlərinin həlli, səyyar həkim briqadalarının yaradılması barədə məlumat verib. Qeyd edib ki, bütün tibb müəssisələri müayinə üçün tam hazır vəziyətə gətirilib.

Komissiyanın sədr müavini, RİH başçısının müavini Sevil Əhmədova iştirakçıları tibbi müayinə qrafiki ilə tanış edib, may ayının birinədək davam edəcək tibbi müayinə və dispanserizasiyasının yüksək səviyyədə həyata keçiriləcəyindən danışıb. İşin ilkin təşkili göstərdi ki, əhalinin tibbi müayinəsi genişmiqyaslı, əhatəli və müsbət nəticəli olacaqdır.

Şərh Yaz