İlham Əliyev “İlin dövlət başçısı” seçilib

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

Bu barədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.

O bildirib ki, sözügedən seçim TADEF- ə bağlı olan 16 bölgədə 245 vətəndaş cəmiyyəti tərəfindən aparılıb.

B.Dündar onu da qeyd edib ki, “İlin dövlət başçısı” mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.

 

Şərh Yaz