Şərəf və qəhrəmanlıq səhifəsi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və faciənin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.

15 yanvar 2019-cu il tarixdə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində Qanlı Yanvar faciəsinə həsr edilmiş foto stendlər düzəldilib, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilib, divar qəzetləri buraxılıb,

şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi, Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva tədbirdə çıxış edərək bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır.

Rayon Təhsil Şöbəsinin əməkdaşları Rəna Mirzəliyeva və Ülviyyə Zeynalova da çıxışlarında bildiriblər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Şərh Yaz