Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Hər bir xalq öz tarixinin yeni səhifələrini məhz yetişdirdiyi dahi övladlarının ağlı, zəkası, qətiyyəti, qəhrəmanlığı sayəsində yazmağa nail olur. Azərbaycanın XX əsr tarixinin böyük bir hissəsini heç şübhəsiz tam əsasla ulu öndərimiz Heydər Əliyev tarixi adlandıra bilərik. Ötən yüz illiyin təxminən 30 ili ərzində ölkəmizdəki inkişaf, qazanılmış nailiyyətlər, yaradılmış dəyərlər və sərvətlər Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmişdir.

Müasir Azərbaycan ümummilli lider Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir.

Fikrimcə, hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli mənəvi dəyərlərini  qorumalıdır. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz adət-ənənələrimizlə fəxr  edirik. Bilirik ki, hər hansı bir xalqın  mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında  tarixən yaranmış milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına  həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ulu öndərimiz Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini, milli ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintezindən çıxış edirdi. Ona görə azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

Qeyd edim ki, xalqımızın əsrlərdən bəri formalaşmış adət-ənənələri vardır. Onlardan kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə diqqət və qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin  öz övladlarına olan  qayğı və məhəbbəti bu adət-ənənələrin əsasını təşkil edir. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr edirik. Ulu öndərimizin bizə əmanət qoyduğu həmin siyasi irs demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar konteksində səfərbər edilməsini, cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Bu reallığın göstəricisi olaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin ünvanına çevirilməklə  Heydər Əliyev irsini şərəflə qoruyur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışmışdır. Sovet imperiyasının Azərbaycan xalqı əleyhinə apardığı siyasət nəticəsində Azərbaycan Respublikasında bütün  sahələrdə olduğu kimi, milli mənəvi sahədə də böhran hökm sürmüş və 1960-cı illərdə bu böhran özünün kulminasiya nöqtəsinə çatmışdı. 1969-cu ildə hakimiyyət sükanının arxasına keçən ümummilli  lider Heydər Əliyev qısa müddət ərzində zəngin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına şərait yaratdı. Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələsində belə mənəviyyatın təntənəsinə xidmət edən islam dinin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. Ulu öndərimiz Heydər Əliyev bu haqda  demişdir “Bizim xalqız yüz illərlə, min illərlə adət-ərimizi, milli-məvi dərlərimizi yaradıbdır və bunlar indi bizim xalqın məviyyatı təşkil edən amillərdir”

İnsanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah   işlər görmüş, maddi yardıma ehtiyacı olanlara əl tutmuş, savab işlərin yolçusu olmuşdur. Eyni zamanda həmin dövrdə  bir çox qadağalara baxmayaraq xalqımız milli bayramımız olan Novruzu və dini bayramımız olan Qurban və  Ramazan bayramlarını da qeyd etmişdir. Qeyd edək ki, Novruz  bayramı YUNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir.

Ulu öndərin  bütün sahələrdə  siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev bütün adət-ənənələrimizə və dini bayramlarımıza hörmətlə yanaşır, onların qeyd olunması üçün ölkədə  hər cür şərait yardır tədbirlərdə şəxsən iştirak edir.

Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, onun adət-ənənlərimizə göstərdiyi böyük münasibəti biz gənclər üçün nümunədir. Biz öz milli dəyərlərimizə, adət-ənənələrimizə məhz Heydər Əliyevin münasibətləri səviyyəsində yanaşmağı özümüzə borc bilirik, hər birimiz ümummilli liderimizin ruhu qarşısında baş əyirik.

Bir gənc olaraq fikirləşliyik ki, dövlət, vən, el, oba bizimçün neynəyib, fikirləşliyik ki, biz dövlət, vən, el, oba üçün hansır görmüşük.

Fikrimi  ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

simi Teymurov,

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçı aparatın başsləisi                                              

Şərh Yaz