Yeni subartezian quyuları istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair” müvafiq sərəncamı ilə əlaqədar 2013-cü ildən hal-hazıradək rayonda 39 subartezian quyusu qazılaraq istismara verilmişdir.
12 noyabr 2018-ci il tarixdə İsmayıllı şəhəri və Topçu kəndində qazılmış yeni artezian quyularının təntənəli şəkildə açılışı olub və həyat mənbəyi hesab edilən su əhalinin istifadəsinə verilib. Açılış mərasimində RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov çıxış etmiş, istər kənd təsərüfatı bitkilərinin becərilməsində, istərsə də əhalinin içməli suya olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edən subartezian quyularının suyundan istifadə edilməsində əhaliyə uğurlar arzulayıb. İctimaiyyət nümayəndələri çıxış edərək onlar üçün rahat həyat və məhsul bolluğu şəraiti yaradıldığına görə ölkə rəhbərliyinə minnətdarlıq edib, rayon rəhbərliyinə təşəkkür ediblər.
Mehman Zeynalov

Şərh Yaz