Media və milli-mənəvi dəyərlər

Media və milli-mənəvi dəyərlər                          “Bizim hamımızın bir vətəni var-bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.”
Ulu öndərimiz Heydər Əliyevin bu aforizmində də vurğulandığı kimi, həqiqətən də mənəvi dəyərlərin qoruyucusu xalqdır, və yeri gəlmişkən, bu fikrimcə, hər bir xalqa özəldir və dəyişir. Yəni, təbii ki, xalq elə öz milli-mənəvi dəyərləri varsa, xalq sanbalı daşıyır.“Bizim hamımızın bir vətəni var-bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.”
Ulu öndərimiz Heydər Əliyevin bu aforizmində də vurğulandığı kimi, həqiqətən də mənəvi dəyərlərin qoruyucusu xalqdır, və yeri gəlmişkən, bu fikrimcə, hər bir xalqa özəldir və dəyişir. Yəni, təbii ki, xalq elə öz milli-mənəvi dəyərləri varsa, xalq sanbalı daşıyır. Bunun üçün də, düşünürəm ki, millət öz milli-mənəvi dəyərlərinin fərqinə varmalı, daha sonra onların hər birini yaşatmalı və bu müddətdə onları qoruyub saxlaya bilməlidir. Г‡ünki əksi baş verərsə, yəni hər hansısa bir xalq başına gələnlər ucbatından və yaxud bu və ya digər səbəbdən öz milli-mənəvi dəyərlərini itirsə, ola biləcəklər barədə məqalənin irəlidəki hissələrində geniş söhbət açacam.
Hər bir xalq özü özlüyündə milli-mənəvi dəyərlər sisteminə malikdir. Bunlar bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Məqalənin bu yerində, məncə, milli-mənəvi dəyərləri anlayış olaraq bir az açsam, daha yaxşı olar, deyə düşünürəm. Belə ki, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafına yardımcı olan davranış normalarıdır. Bu normalar elə sivilizasiyanın təməli artıq qoyulandan başlamışdır.
Bütün dünya xalqları sırasında Azərbaycan xalqı daha özəl , daha özünəməxsus, daha dolğun milli-mənəvi dəyərlərinin olması ilə seçilir.
Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, öz milli adət-ənənə və xüsusiyyətləri ilə dünya mədəniyyəti müstəvisində çox özünəməxsus yer tutur. Formalaşma prosesi əsasən orta əsrlərdə baş versə də, tarixə nəzər salsaq, görə bilirik ki, bir xalq olaraq Azərbaycan bu milli-mənəvi dəyərlər sistemini özü üçün bir xəzinə hesab etmiş, onu çox böyük səylə əzizləyib əsrlər boyu heç birinə xələl gəlmədən qoruyub saxlaya bilmişdir. Orta əsrlər demişkən bəzi əxlaq qaydaları məcmusu var ki, bu da öz əksini o dövrə təsadüf edən 2 sanballı dastanda tapmışdır. Belı ki, “Dədə Qorqud”(XI) və “Koroğlu”(XVI) kimi böyük əzəməti olan və inanılmaz dərəcədə çox əhəmiyyət kəsb edən türk dastanlarında “Ya hər şey-ya heç nə ”, “Məğlubiyyət-ölümdən pisdir”, “Kömək diləmək ayıbdır”, “Qənaət xəsislikdir”, “Ehtiyatlılıq-qorxaqlıqdır”, “Qonaq Allahındır”, “Ailə müqəddəsdir”, “Söz verdinsə, əməl elə”, “Qadının namusu toxunulmazdır” kimi orijinal inanc kodekslərini görə bilirik.
Bundan əlavə, Azərbaycan tarixi boyu yaşayıb yaratmış çox görkəmli ədiblərimiz var ki, onlar yaşayıb yaratdıqları cari dövr ərzində ədəbiyyatımıza əhəmiyyətli dərəcədə böyük töhfələr vermiş və həmin əsərlərində əsas məqsəd və məqamları məhz milli-mənəvi dəyərlərimizi vurğulamaq, yazmış olduqları ədəbi incilər vasitəsilə müxtəlif obraz və motivlər və bədii vaqeələrə bunu oxucularına, dövrünün müasirlərinə və qonşu xalqlarına oxucu kütləsinə bu sözügedən mədəni sərvətimizi istər-istəməz aşılamış olmuşlar. Bunlara bariz nümunə kimi, ədəbi nəhənglərimizdən Fizulini, Nizamini, Nəsimini və s. Göstərmək olar. Г‡ox zəngin bir mədəni-ədəbi irsi olan bir xalq kimi Azərbaycan üçün bu siyahını istədiyiniz qədər uzatmaq olar. Ancaq, fikrimcə, məsələn, elə təkcə Nizaminin fəlsəfəsi azərbaycançılığı milli-mənəvi dəyərlərimizi tam təfərrüatıyla çox rəngarəng motivlər və obrazlar vasitəsilə açır, aşılayır. Yerdə qalan digər dühalarımız da, təbii ki, ədəbiyyatımıza müxtəlif böyük töhfələr verərək öz dəyərli inciləri ilə bu sahədə borclarından, sözün tam mənasında, çıxmışlar.
Bu məqamda qeyd etməliyəm ki, nisbətən daha əvvəlki dövrlərdə hələ ümumiyyətlə milli-mənəvi dəyərlərini yaranıb, formalaşıb, təşəkkül tapdığı tapdığı dövrlərdən sonrakı dönəmdə, yəni daha müasir dövr ədəbiyyatımızın rastlaşdığı müəyyən çətinliklər ucbatından cari ədiblər sözügedən dəyərlərimizi rahatçılıqla, azad bir şəkildə nə işıqlandıra, nə də təbliğ edə biliblər. Amma, bütün bunlara, manelərə baxmayaraq, Azərbaycan xalqı bir bütün kimi sinə gərə bilmiş, üstüörtülü də olsa, ədiblər öz əsərlərində bu nüanslara toxuna bilmiş və bu günlərə qədər bizlərə çatdırılmasına nail ola bilmişlər. Nəzərə alsaq ki, Azərbaycan hal-hazırdakı Azərbaycan olana qədər bir çox hərbi və ədəbi sıxıntılar çəkməsinə rəğmən bir və ədəbi sıxıntılar çəkməsinə rəğmən bir millət olaraq, nə olursa olsun onu dünyada fərqli qılacaq bu irsin qorunmasına nəinki çalışmış, hətta bunun üçün neçə-neçə repressiya qurbanları vermiş, və yaxud bu və ya digər şəkildə öz müstəqil mətbuatının, ümumiyyətlə mövcud ola bilməsinə, bu məsələlərin həm də kütləvi informasiya vasitələrində işıqlanmasına yönəlik səy göstərmişdir, onda bu yerdə ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqı çox dözümlü xalqdır” aforizmi lap yerinə düşər, məncə.
Yeri gəlmişkən, bugünkü Azərbaycanın mən deyərdim, banisi Ulu Öndər Heydər Əliyev və sonradan onun missiyasını öhdəsinə götürərək bu istiqamətdə işlərin daha geniş vüsət almasını təmin edən cənab prezident İlham Əliyev sözügedən məsələlər üzrə geniş, əhatəli çox əhəmiyyətli işlər görmüşlər. Məsələn, təkcə elə bunu demək kifayət edir ki, təxminən bütün aspektlərdə azərbaycançılığa xələl gətirən qüvvələrin orada-burada formalaşaraq baş qaldırıb Azərbaycana, onun xalqının milli-mənəvi dəyərlərinə sanki özləri bu millətin bir parçası deyillərmiş kimi hər cür vəchlə hər mənada zərər vurmaq istədikləri bir dövrdə Ulu öndərimizin hakimiyyətə gələrək köklü dəyişikliklərə başladığını, bütün məqamlarla ayrı-ayrılıqda maraqlandığının ki, şahidi olduq, onda bu fenomen insanın adı çəkilən hər yerdə işlədilən “xalqın xilaskarı” kəlməsinin pafoslu deyilmədiyini, əksinə həqiqətən yerinə düşdüyünü görərik. İstər sovet dönəmində, istərsə də, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycanı parçalamaq istəyi ilə gözü böyümüş” liderciklər”in müvəqqəti də olsa fəaliyyətdə olduğu dövrlərdə bütün milli-mənəvi dəyərlərimiz buxovlanmış, kobud, yersiz qadağalarla tamamən ört-basdır etdirilmişdir. Lakin inkişaf tariximizin o qızıl dönəmində (hesab edirəm ki, mübaliğəsiz bu elə belə də adlandırılmalıdır)1969-cu il iyulun 14-ü tarixində hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev hər şeydən əvvəl bütün mövcud çətinliklərə sinə gərərək Azərbaycanın bir xalq kimi ictimai özünüdərkindəki qorxunu aradan qaldırmağı, cəmiyyətin bütün sahələr üzrə gələcək strateji-mənəvi yüksəliş, intibaha ruhlandırmağı bacarmışdır.
Odur ki, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın inkişaf edə bilməsinə xüsusi diqqət etmişdir. Ulu öndər Heydər Əliyev 3 tərkib hissəni özəlliklə qeyd edirdi: dil, din, adət-ənənə. ”Hər bir azərbaycanlı öz milli-mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini,milli-mənəvi dəyərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev Azərbaycançılığı, milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli mənsubluğumuzu yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. O dövr üçün azərbaycançılığa ən vacib amilin-milli kimliyini və özünü dərk edən xalqın bitkin inkişaf konsepsiyasını yaradan Heydər Əliyev həm də bunu çox məharətlə həyata keçirtdi. ”Mən fəxr edirəm ki, azərbaycanlıyam!” aforizmini də, həqiqətən də, bütün qəlbi ilə, bu fəxarəti duyaraq səsləndirmişdi.
Ulu ğndərimizin ən nəzərə çarpan fəaliyyəti o oldu ki, bütün bölgələrdə tariximizin qədimliyi və zənginliyinin bariz göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi məqsədilə tarixi-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun, daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirtdi. Vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və mərasimlər məhz onun uzaqgörən siyasəti ilə xalqa qaytarıldı. Bunlardan əlavə, Heydər Əliyev islamiyyətlə bağlı olan dini mərasim və adətlərinin də layiqincə keçirilməsi üçün uyğun şərait yaratmışdır.
1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfər çərçivəsində müqəddəs Kəbə ziyarəti, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına rəvac verməsi özü, sözügedən istiqamətlərdə real bir xalqını sevən lider olduğunu sübut edirdi. Daha bir aforizmində dediyi kimi “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.” Ulu öndərimiz Heydər Əliyev təkcə bir siyasi lider kimi dəstək vermir, həm də bir xalq ağsaqqalı qismində məhz xalqın arasında olur, tez-tez milli və dini bayramlarda aidiyyəti məkan və tədbirlərdə şəxsən görünərək bu məsələlərdə nə dərəcədə səmimi olduğunu istər-istəməz sübut edirdi.
Təsadüfi deyil ki, sözün həqiqi mənasında Ulu öndərin zəngin dövlətçilik ənənələrini mərhum prezidentimizin vəfatından sonra estafeti alan Azərbaycan prezidenti İlham Əliyev nəinki sadəcə davam etdirmişdir, həm də onun öz hakimiyyət dövrü daha modern bir dönəmə təsadüf etdiyindən cənab İlham Əliyev daha geniş, daha çağdaş addımlar atır və milli-mənəvi dəyərlərin qorunması və təbliğatı üçün öz töhfələrini verir. Və yenə nəzərə alsaq ki, bütün bu ideyaların gerçəkləşməsində cənab İlham Əliyev ilə birgə onun xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da çox geniş əhatəli sosial layihələrlə azərbaycançılığın inkişafı və intişarı üçün çox böyük əhəmiyyətli işlər görür, onda görərik ki, azərbaycançılıq milli-mənəvi dəyərlərimizin nəinki öz mediamız vasitəsilə həmişə öz layiqli təbliğatını tapır, həm də əcnəbi medianın gündəmində olan ən önəmli məsələlərdən birinin də elə məhz azərbaycançılığın bütün dünya ölkələrinin diqqətinə çatdırılması olduğunun fərqinə varacaq.
Bariz nümunə kimi “The Times” və s kimi ünlü nəşrlərin gündəminin tez-tez elə sırf azərbaycançılıq, milli-mənəvi dəyərlər və inkişafın sadəcə işıqlandırılmasını göstərə bilərik. Həmçinin, baş redaktorunun bilavasitə şəxsən Leyla xanım Əliyeva olduğu məşhur “BAKU” jurnalının əsas qayəsinin məhz milli-mənəvi dəyərlərin təbliği və azərbaycançılıq olduğunu da qeyd etməyi özümə borc bilirəm. Yerlərdə də xalqın özü də bu böyük insanların verdiyi motivasiya ilə təsis etdikləri “YARAT” və s. kimi müxtəlif sosial-ictimai qurum və mərkəzlərdə və tez-tez təşkil olunan sərgilərdə sırf bu məqalənin mövzusunun-milli mənəvi dəyərlər və azərbaycançılığın aşılanması olduğunu vurğulamağım da yerinə düşərdi.
Nəhayət, yekun olaraq, əminliklə deyə bilərik ki, bu gün dünya və milli mediada sözügedən məsələlər kifayət qədər öz əksini tapır ki, bunun üçün də biz millət olaraq, ümumiyyətlə başda Ulu öndərimiz və cənab prezidentimiz İlham Əliyev və ailəsinin bu səpkidə geniş səyinə borcluyuq.
Əfsun Nəsrəddinova

Şərh Yaz