İngilis dilində kitabın təqdimatı

“Xəzər-Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin 14 sentyabr 2018-ci il tarixdə rayon Tarix-Diyarşünaslıq Muzeyində “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükə, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsinin icrası ilə əlaqədar “Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi” adlı ingilis dilində kitabın təqdimatı keçirilib. İngilis dilində kitabın təqdimatı                     Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq qonaqları salamlayıb və layihənin rayonda keçirilməsinin əhəmiyyəti barədə qısa məlumat verib.
Daha sonra layihənin eksperti Xətai Abbasov çıxış edərək ictimaiyyət arasında maarifləndirilmənin müsbət cəhətlərini və gələcəkdə bu cür layihələrin daha da geniş şəkildə həyata keçirilcəyini qeyd edib.
Layihənin rəhbəri Rüstəm Məmmədov mövzu ətrafında geniş məruzə edib və gənclərlə maraqlı müzakirələr aparıb. Sonda tədbir iştirakçılarına adı çəkilən kitab təqdim olunub.
N.Kərimov

Şərh Yaz