Kənd təsərrüfatının intensiv inkişafında aqrar sığorta

“Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” layihəsi çərçivəsində 29 avqust 2018-ci il tarixində İsmayıllı rayonunun Tarix-Diyarşunaslıq Muzeyinin iclas zalında maarifləndirmə tədbiri keçirilib.Kənd təsərrüfatının intensiv inkişafında aqrar sığorta                      “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” layihəsinin əsas məqsədi 2014-cü ildən etibarən yaranmış yeni qlobal çağırışlar fonunda Azərbaycan iqtisadiyyatında, o cümlədən, aqrar sektorda başladılan genişmiqyaslı islahatlara vətəndaş cəmiyyətinin dəstəyini təmin etmək və beləliklə də, sektorda inkişaf dinamikasını daha da sürətləndirməkdir. Bundan başqa, layihə çərçivəsində kənd təsərrüfatı subyektlərinin maarifləndirilməsi, problemin yerində təhlili və optimal həll yollarını özündə ehtiva edən təkliflər paketinin hazırlanması kimi fəaliyyətlərin icra edilməsi nəzərdə tutulur ki, bu da aqrar sferada sığorta sisteminin inkişafını sürətləndirməklə, müasir tələblərə uyğun təsərrüfat münasibətlərinin formalaşmasında əhəmiyyətli rola malik olacaqdır.
Tədbirdə biznes fəaliyyətinin müxtəlif sahələrində risklər haqqında maarifləndirici təqdimat keçirilib, sığortanın biznes fəaliyyətinin dayanıqlı inkişafı, gəlir davamlılığı kimi məsələlərdə rolu geniş müzakirə edilib və iştirakçıların təklifləri dinlənilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Şahin Hüseynov çıxış edərək, bu kimi layihələrin rayonun aqrar iqtisadiyyatının daha dinamik inkişafı istiqamətində öz bəhrəsini verəcəyini qeyd edib.
Ş.Hüseynov

Şərh Yaz