Unudulan sözlər yaşadılsın

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron zalında “Unudulan sözlər yaşadılsın: “Divanü lüğat-it türk” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib.Unudulan sözlər yaşadılsın                              Xəbər verildiyi kimi, tədbir AMEA-nın Folklor İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil olunub.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyənin elmi əlaqələrindən danışıb, bu əlaqələrin daha da genişlənməsinin vacibliyini bildirib.
Qeyd olunub ki, konfrans Azərbaycan və türk dillərinin inkişafı prosesində unudulmuş sözlərin dilə təkrar qazandırılması probleminə həsr edilib.
Cəmiyyətdə dilin mühüm rolundan söz açan alim onun daim inkişaf etdirilməsinin, zənginləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı fikirlərini açıqlayan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, dilin daxili resurslar hesabına zənginləşməsi prosesində folklor, dialekt və şivələr, ana dilimizdə yazılmış əski abidələr əhəmiyyətli mənbə rolu oynaya bilər. Bu baxımdan Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı “Divanü-lüğat-it türk” adlı əsəri dil ensiklopediyası, türk dillərinin dialektoloji lüğəti və türkcə ədəbi mətnlər fondu olmaqla böyük dəyər daşıyır.
Konfransda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin layihə rəhbəri Səlma Koseoğlu, Hacəttəpə Universitetinin kafedra müdiri, professor Özkul Г‡obanoğlu, Ankara Universitetinin kafedra müdiri, professor Üçlər Bulduk və digər alimlər mövzu ilə bağlı fikirlərini söyləyiblər.
Xəbərə bir fikri də əlavə edək ki, sözü gedən konfransın işində layihə tərəfdaşı olan həmyerlimiz, Kürdmaşı kənd tam orta məktəbinin müəllimi Tünzalə Abdullayeva da bir neçə şagirdi ilə bərabər iştirak edib. O, layihənin icrası ilə bağlı həm də Türkiyədə olub, qardaş ölkənin müəllimləri ilə unudulan sözlərin yaşadılması layihəsinə öz töhfələrini verib.
Alimlər birgə elmi araşdırmalar aparılmasının səmərəli olacağına əminliklərini bildiriblər.
Sonra bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Ş.Soltanov

Şərh Yaz