Bir məktəbin uğuru

Tircan İsmayıllı rayonunun qədim kəndlərindəndir. Bu kənd tarix boyu ərazidə baş verən hadisələrin iştirakçısı olub. Müharibələr, repressiyalar, soyqırımlar və s. bu kənddən yan keçməyib. Bütün bunlar göstərir ki, zaman-zaman bu kənddə qəhraman oğullar və ziyalı şəxslər yetişib.Bir məktəbin uğuru                      Tircan kənd tam orta məktəbi yarandığı ildən Azərbaycana layiq olan ziyalı vətəndaşlar yetirib. Onlar elm, incəsənət, təhsil, hərbi və digər sahələrdə öz imzalarını atıblar.
Cari tədris ilində Tircan kənd tam orta məktəbi ənənəsinə sadiq qalaraq 2017-2018-ci tədris ilində keçirilən bir çox müsabiqə, yarış, tədbir və ən əsası, qəbul imtahanında öz sözünü dedi.
Təhsil Nazirliyinin keçirdiyi “Elektron təhsil” müsabiqəsində iştirak edən IX sinif şagirdi Kazımlı Səid qaliblər sırasında yer tutdu. Fənn olimpiadalarının rayon turunda Fəridə Aslanlı tarix, Xanməmməd Piriyev coğrafiya fənlərindən uğur qazandılar. RTŞ tərəfindən keçirilən məktəblərarası “Bilik yarışı”nda məktəbimizin komandası birinci oldu. Bundan başqa məktəbimizin şagirdləri Fövqəladə Hallar Nazirliyinin, QHT-lərin keçirdiyi bir sıra tədbirlərdə uğurla çıxış edərək Fəxri fərman, Diplom və hədiyyələrlə təltif ediliblər.
2017-2018-ci tədris ilində məktəbin 11-ci sinfini 9 şagird başa vurub. Onlar buraxılış imtahanından uğurla keçib. Bu şagirdlərdən 7 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib. Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi birinci –“ may imtahanında XI sinif şagirdi Xanməmməd Piriyev 635 bal toplayaraq məktəb kollektivini sevindirib. Qalan şagirdlər birinci imtahan nəticələri ilə qane olmayaraq, ikinci qəbul imtahanında iştirak ediblər. 7 nəfər sənəd verən şagirdlərimizdən 6 nəfəri – Piriyev Xanməmməd, Məmmədzadə Arzu, Aslanlı Fəridə, Fətullayeva Albina, Şirinli Rəfiqə, Qəhrimanova Mələk ali məktəb və kolleclərə qəbul olunub.
Ötən tədris ilinin məzunu Əhmədli Həcər də bu qəbul imtahanlarında iştirak edib və Odlar Yurdu Universitetinin məktəbəqədər təlim və tərbiyə fakültəsinə qəbul olunub.
Sevindirici haldır ki, bu uğurlar məktəb kollektivində yeni naliyyətlərə doğru addımlamağa həvəs yaradır.
Yeni tədris ilində bütün məktəblərin, eləcə də Tircan kənd tam orta məktəbinin müəllim və şagird kollektivinə yeni-yeni uğurlar arzulayırıq.
Əliyeva Gülyanaq,
Tircan kənd tam orta məktəbinin tarix-coğrafiya müəllimi

Şərh Yaz