Müzakirə mövzusu Pulu çölə atmayın!

Yeni dərs ili başlandı.Yenə də günün başlıca simvolu gül buketləri oldu. Gül buketi məsələsi şəhər məktəblərində daha ənənəvi hədiyyə şəkli almasını nəzərə alıb hesabımızı da elə bura yönəldək.Müzakirə mövzusu Pulu çölə atmayın!    Müzakirə mövzusu Pulu çölə atmayın!
Müzakirə mövzusu Pulu çölə atmayın!
Müzakirə mövzusu Pulu çölə atmayın!    Bir sinifdə orta hesabla 20 şagird olsa, təvazökar hesabla, 300 manat gül buketlərinə veriləcək və o buketlər qısa müddət ərzində solub istifadəsiz hala düşəcək. Bu hesabla gün ərzində yalnız Bakıda onminlərlə manat vəsait müvəqqəti simvolizm üçün xərclənəcək.
Fizika elmi üzrə alim Yalçın İslamzadə bildirir ki, buket əvəzinə hər valideyn məktəbə gedən övladına kitab alsa, o kitablar məktəbin kitabxanasında qalar və yüzlərlə şagird illərlə onlardan faydalanar:
“Gül əvəzinə kitab almaqdan utanmaq lazım deyil, indiki dövrdə şagirdlər, onlardan da çox müəllimlər mütaliə etməlidirlər. Bir kitab bir buketdən daha ucuzdur, simvolik yox, bilgi dəyərinə sahibdir, illərlə faydalı olacaq”.
Dərs başlayandan üç gün sonra güllərdən iz qalmaz, ancaq bir məktəbin kitabxanasında “Filsof uşaq”, “Biləndər uşaq”, “Uşaqlarla fəlsəfə”, “Homo sapiens”, “Homo deus”, “Qağayı”, “Zamanın daha qısa tarixi”, “Mənim gözümdə dünya”, “Uşaqlar üçün təkamül”, “Mentosori təlimi”, məntiq və riyaziyyat sualları olan “Uçmaca seriyası”, müxtəlif ensiklopediyalar, uşaq psixologiyasına, etiket qaydalarına, uşaq ədəbiyyatına, təhsilə, elmə dair, tanınmış insanların həyatları haqqında və adı çəkilməyən daha bir çox kitab şagirdlərin dünyagörüşlərini artırmağa davam edəcək. Həmçinin nəşriyyatlara da motivasiya olacaq”.
Əlbəttə, bu məqamda çox hörmətli Yalçın müəllimə sözügedən məsələyə onun kimi yanaşan insanlar adından təşəkkür edib və hədiyyə adı ilə alınan gül buketləri ilə yanaşı onbirinci sinif şagirdlərinin məktəbə yenicə ayaq açmış azyaşlılara oyuncaq ayı bağışlaması məsələsinə toxunmaq istərdim.
Düzünü desəm, bu məsələ məni uzun illər idi narahat edirdi. Sözümü harda və necə deyəcəyimi düşünürdüm.
Hörmətli alimin “Pulu çölə atmayın!” – deməsi sanki fikirlərimi açıqlamağa giriş oldu.
Əziz valideynlər, hər birinizin pulu min bir əziyyətlə qazandığınızdan hər birimiz xəbərdarıq. Eləcə də məktəb yaşına çatmış uşaqlar üçün oyuncaq ayıların əksər hallarda uşaqların özündən iri olduğunu və bu hədiyyələrin yuxarıda deyilən gül buketlərindən heç də ucuz olmadığını bilirik. Burada qəribə səslənən suallar yaranır: bu oyuncağın dərslə, məktəblə, təlimlə nə əlaqəsi var? Uşaqlar onu harada və nədə istifadə edəcək?
Hamımıza bəllidir ki, bu oyuncaq ayılar evlərə gəldikdən sonra əl-ayaq altında qalmasın deyə, evdəki müəyyən bir yüksəkliyə qoyulur, və evdəki səliqə-sahmana uyğun olaraq toz altında qalır.
Yaxşı olmazmı ki, onbirincilər daha sadə hədiyyələr almaqla, məktəb məzunlarının yerini tutan balacalarda məktəbli ləvazımatlarına istək, məhəbbət aşılayan jest etsinlər? Onlara gərəksiz oyuncaq ayı bağışlamaqdansa, əyanilik üçün şəffaf bir kisədə bir-iki dəftər, əlvan şəkilləri olan nağıl kitabı, rəsm dəftəri, qələm, pozan, xətkeş və digər lazımi əşyalar bağışlamaq daha yaxşı olmazmı? Belədə uşaq da evə gətirdiyi əşyalara hədiyyədir deyib diqqətlə yanaşar, onlardan səliqə ilə istifadə edər və beləcə məqsədəuyğun bir nəticə əldə olunar. Bütün bunlarla bərabər həmin əşyalara verilən pul oyuncaq ayıya olunmuş ödənişdən qat-qat aşağı olar. Ailələrin bir o qədər də zəngin olmayan büdcəsinə boş yerə zərbə dəyməz.
Əziz valideynlər, söz yox ki, hər kəs pulunu nəyə, necə xərclədiyini özü bilir, amma, israfçılıq istənilən halda bəyənilməyən bir hərəkətdir. Hörmətli Yalçın müəllimin: Sözünə qüvvət, – deyib yazını müzakirənizə verirəm.
Ümidvaram ki, müzakirəyə çıxarılmış bu vacib mövzuya münasibət bildirənlər az olmayacaq.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin redaktoru

Şərh Yaz