Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri

Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Şirvanın bir hissəsi olan bu diyarın ərazisi Şimali Azərbaycanın bütün torpaqları kimi, Qafqaz Albaniyasının tərkibində olub. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Rayonun rəngarəng kəndləri də diqqətəlayiqdir.
İsmayıllının görməli məkanlarını təqdim edirik.
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri                                    Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri                                    Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri                                    Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri                                    Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Əsrarəngiz məkanın əsrarəngiz gözəllikləri
Qız qalası
Rayon mərkəzindən 10 kilometr məsafədə, Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Qoruğunun ərazisindəki sıldırım dağın zirvəsində ucalan Qız qalası bu yerlərin ən məşhur tarixi abidəsidir. Sıx meşə ilə örtülü dağın zirvəsinə günəş şüaları düşmədiyi üçün bura hər zaman sərin olur. Qaladan dövrümüzə bürclər, divarlar və səkinin bir hissəsi gəlib çatıb. Qala bürcündən qonşu kəndin bir neçə kilometrliyində yerləşən Cavanşir qalasına aparan yeraltı tunel mövcuddur.
Qalanın tikilmə tarixi müxtəlif mənbələrdə VII əsrdən XI-XII əsrədək göstərilir. Sahəsi 1,5 hektar olan bu müdafiə qalası dik qayaların əhatəsindəki dağın zirvəsində, Ax-ox çayının sağ sahilində tikilib. Eyniadlı istirahət zonasına avtomobillə getmək olar, lakin qalaya doğru bir kilometr məsafəni piyada getmək lazım gələcək. Qız qalasına çatmaq üçün gur axan dağ çayını keçmək isə səyahəti daha macəralı edir. Özünüzlə yerli sakinlərdən bələdçi götürməyiniz yaxşı olar. Qız qalasından açılan əsrarəngiz mənzərə sizin bu tarixi abidəyə qalxmaq üçün çəkdiyiniz əziyyətə dəyər.
Cavanşir qalası
Rayon mərkəzindən 7 kilometr və Talıstan kəndindən 4 kilometr aralıda, Ağçayın sağ sahilində yerləşən bu qala İsmayıllının iftixarı sayılır. İsmayıllının ən qədim kəndlərindən biri olan Talıstan isə rayon mərkəzindən 4 kilometr şimalda yerləşir. Kəndin toponimi “tala məskəni” mənasını daşıyır. Talıstanın ətrafında 4 qədim məskən və 5 qəbiristanın izləri var. Burada ilk arxeoloji qazıntılar ötən əsrin 60-cı illərində aparılıb. Ərazinin 2000 illik tarixi olduğu güman edilir.
Maşınla kəndə çatdıqdan sonra Cavanşir qalasına at belində, yaxud piyada getmək olar. Qala xarici və daxili (İç qala) hissələrdən ibarətdir. Cənub divarlarının əsas hissəsinin eni 2 metr, hündürlüyü 10 metrə çatır. İki hektar ərazisi olan İç qala dağın zirvəsində tikilib. Bu, erkən orta əsrlərin güclü müdafiə istehkamıdır. Deyilənə görə, günah iş görənləri buradakı qayadan uçuruma atırmışlar. Qala məşhur alban sərkərdəsi və hökmdarı Cavanşir Mehraninin (642-681) adı ilə bağlıdır. Əsası mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində meydana gəlib və sonralar bütün Albaniyaya yayılıb. Buradan 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı tunel qazılıb. Tunel zaman keçdikcə dağılsa da, onun bəzi hissələri dövrümüzə gəlib çatıb. Qalanın ərazisində sıx meşələrlə əhatə olunmuş şəlalə var. Bu məkanda piknik üçün gözəl şərait var.
Heydər Əliyev Parkı
Musiqili fəvvarəsi, rahat oturacaqları və Avropadan gətirilmiş yaraşıqlı fənərləri olan Heydər Əliyev Parkı axşamlar və istirahət günləri sakinlərlə dolub-daşır. Buraya gələn gənclər və yaşlılar yüzillərlə yaşı olan əzəmətli çinarların altında sərinləyir, musiqiyə qulaq asır və İsmayıllı Mədəniyyət Mərkəzinin binasında quraşdırılan monitordan xəbərləri izləyirlər. Parkda “Amerikan təpəcikləri”, “Qazlar-ördəklər”, “Gündüz və gecə” karuselləri kimi uşaq attraksionları, uşaq dəmir yolu, balacaların oynaması üçün hava ilə doldurulan poliqon, maqnit yastıqlar üzərində kiçik maşınlar və s. var.
Restoran və kafelər həmişə açıqdır. Parkın bir guşəsində düzülmüş mənzərəli daşların arasında dekorativ ağaclardan ibarət yapon bağı salınıb. Burada köşklərdə oturub ətrafdakı gözəlliyi seyr etmək olar.
Parkdakı çəmənlikdə səhənglər və müxtəlif heykəl kompozisiyaları qoyulub. Г‡oxpilləli düzbucaqlı forması olan mərkəzi fəvvarə parkı iki hissəyə bölür. Ətrafa modern tərzdə işıq saçan şüşə körpücük diqqəti cəlb edir.
Diyarşünaslıq muzeyi
Heydər Əliyev Parkının ərazisində bu diyarın zəngin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verən İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi də yerləşir. 1980-ci ildən fəaliyyət göstərən muzey 2009-cu ildə yeni binaya köçürülüb. Muzeydə toplanmış mindən çox eksponat arasında nadir əşyalar, məsələn, dünyada aşkar olunmuş ən qədim kərə yağı sərgilənir. Onu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı Mollaisaqlı kəndində amforanın içində tapıblar. Paytaxt muzeyinin mütəxəssislərinin apardıqları ekspertiza nəticəsində məlum olub ki, kərə yağı eramızdan əvvəl III-I əsrlərə aiddir.
Qafqaz Albaniyasında yaşamış etnik qruplardan olan hapıtların məskunlaşdığı Mollaisaqlı kəndində eramızdan əvvəl II-I əsrə aid olan gildən düzəldilmiş qablar, bürünc bəzək əşyaları, məzarlar da aşkar olunub. Muzeydə saxlanılan və kosmosun dərinliklərindən gələn meteorit olduğu güman edilən daşı xüsusilə qeyd etmək lazımdır. Daşın ərinmiş qeyri-adi səthi, kiçik həcminə rəğmən ağır çəkisi onun mənşəyi ilə bağlı şübhə yeri qoymur.
Qalacıq kəndi
Kənd rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir. “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Г‡əkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş. O zamanlar Qalacığın yolu çətin və uzun idi. Təbiətin dilbər guşələrindən birində yerləşən və gözəl havası olan kənd iri şabalıdları ilə məşhurdur. Kəndin hər yerində əkilmiş böyük şabalıd ağacları ətrafa kölgə salır.
İvanovka
İvanovka kəndi dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə olan Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Kəndin ümumi ərazisi 8 min hektardan çoxdur. Kəndə aparan yolboyu taxıl zəmiləri və qara əkin sahələri görünür. Uzaqdan yanmış torpağa bənzəyən sahələrə yaxınlaşdıqca, əslində, onların əkin yerləri olduğu məlum olur. Kəndin yolları hamar və abaddır. Adət-ənənələrini, folkloru və məişətini qoruyub saxlayan İvanovka rayon mərkəzindən 14 kilometr aralıda yerləşir.
SSRİ-nin süqutundan sonra bütün kolxozlar dağıldı və ləğv edildi. Yalnız kollektiv-ictimai əmək sisteminin əvvəlki kimi fəaliyyət göstərdiyi İvanovkada bu təsərrüfata uzun illər rəhbərlik etmiş Nikitinin adını daşıyan kolxoz qorunub saxlanıldı. Kolxozda 2200 baş iribuynuzlu heyvan, 7000 baş qoyun və quş saxlanılır. Bu kolxozun məhsulları paytaxt sakinləri arasında populyardır. Bakıda fəaliyyət göstərən xüsusi mağazada İvanovkanın ekoloji cəhətdən təmiz məhsulları satılır. Kənddə taxıl, günəbaxan, tərəvəz becərilir, süd məhsulları –“ kərə yağı, xama, pendir, habelə bal istehsal olunur.
İvanovkanın qədim adı Həftəran olub və sonralar molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq edən polkovnik İvanovun şərəfinə dəyişdirilib. Rusiyada kilsə islahatını qəbul etmədikləri üçün sürgün edilən kənd sakinləri özlərini “molokan” adlandırıb və köhnə ayinləri icra ediblər. Bütün hallarda, XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çar rejiminin işğal etdiyi torpaqlarda ruslaşdırma siyasətinin tərkib hissəsi idi.
İvanovkadakı evlər qədim, oyma üzlükləri olan və yan-yana tikilmiş klassik standart taxta tikililərdir. Onları geniş küçələr ayırır və hər bir evin qarşısında kiçik dükan var. Bağçalarda meyvə, fərdi təsərrüfatlarda isə bostan məhsulları, qarğıdalı və günəbaxan yetişdirilir.
İvanovkada molokanlarla yanaşı, ləzgi və azərbaycanlılar da yaşayırlar.
Bədo-Basqal turizm zonası
Bu marşrutun ilk dayanacağında –“ Bədoda müalicəvi əhəmiyyətli kükürdlü mineral bulaq var. Yolun kənarında yerləşən bulağın ətrafı hər zaman, xüsusilə yay aylarında adamlarla dolu olur. Yaxınlıqda isə turistlərin sevimli yeri olan “Yeddi bulaq” adlı məkan yerləşir. Meşədə qaynayan və yanaşı olan yeddi bulaq səyahətçiləri yayın qızmar istisindən qoruyur.
Bədo-Basqal turizm zonasında olan tarixi abidələri gəzmək üçün bir neçə gün vaxt lazımdır. Oraya atla, yaxud piyada getmək mümkündür. XII-XIII əsrlərə aid Xan qalası abidəsindən isə yalnız bir neçə metr hündürlükdə divarlar qalıb. Qala Şirvan hökmdarlarının yay iqamətgahı olub.
Digər tarixi abidə – Haram qalası eyniadlı çayın sağ sahilindəki Sulut kəndi yaxınlığındakı mənzərəli təpədə yerləşir. Yerli sakinlər onu Qırx qız, yaxud Qırx otaq da adlandırır. Burada qırx otaq var. Rəvayətə görə, Şirvanşah onların hər birində bir qız saxlayırmış. Zina üçün istifadə edilən qala xalq arasında “Haram” adlandırılıb.
Fit qalası isə adını dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fitdağdan götürüb. Şirvanşahların bu qədim iqamətgahı strateji əhəmiyyət daşıyıb və ondan sığınacaq kimi istifadə edilib. Bu qala haqqında rəvayətlərin biri də Makedoniyalı İsgəndərlə bağlıdır.
Rus qoşunlarına qarşı döyüşlərdə Şamaxı xanı Mustafa bu qaladan qərargah kimi istifadə edib. Onun ətrafında müdafiə istehkamları çəkilib. Haramçaydan qalayadək qayalıq yolları ancaq atla və piyada qət etmək olar. Qalanın ətrafında orta əsrlər hamamı, meydanlar və müdafiə istehkamları var.
Basqal
İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi (rayon mərkəzindən 56 kilometr aralı) abadlığı ilə seçilir. Bu kənd 1933-cü ilədək rayon mərkəzi olub. Kəndin şərəfinə “Basqalı” musiqi nömrəsi də var. 1958-ci ildə “Uzaq sahillərdə” filminin bəzi fraqmentləri burada lentə alınıb. Altmış hektar ərazisi olan kənd dövlət qoruğu elan edilib. Basqalın əhalisi azdır, belə ki, 20 il əvvəl burada yaşayan 3 min sakindən indi 1500 nəfər qalıb.
Г‡ay daşı döşənmiş dar küçələr və həmin daşdan tikilmiş evlər xüsusi ab-hava yaradır. Basqalın maraqlı cəhəti bütün evlərin üzü qibləyə tərəf tikilməsidir. Kəndin digər xüsusiyyəti isə XVII əsrdən hamamların evlərin içində olmasıdır. Yol boyunca səliqə ilə düzülmüş ikimərtəbəli evlər və onların həyətləri göz oxşayır. Evlərin birinci mərtəbəsi təsərrüfat, ikincisi isə yaşayış üçün nəzərdə tutulub. Tikinti zamanı hər 5-6 çay daşı qatından sonra ağac kətilləri qoyulub. Mütəxəssislər buna “seysmik kəmər” deyirlər. Bütün evlər zəlzələyə davamlıdır.
Basqalda XVI əsrdə əkilmiş çinar ağacının yarılmış gövdəsində bir zamanlar çayxana, sonradan bərbərxana olub. Ağac dövlət tərəfindən qorunur. XII əsrdə kəndə çəkilmiş “kürəbənd” adlanan kanalizasiya sistemi isə bu gün də fəaliyyət göstərir.
Kələğayı
Basqal orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzi olub. Şəkililər də ipəkçiliyi basqallılardan öyrəniblər. Demək olar ki, son zamanlaradək bütün ailələrdə ipək toxuyan dəzgahlar vardı. Boyaqçı, toxucu, baramaçı və ipəkçi sənətləri nəsildən-nəslə ötürülürdü. Kələğayı isə ipəkdən toxunan ən populyar məmulat idi.
Yalnız Azərbaycanda istehsal olunan kələğayı Azərbaycan xalq sənətinin gözəl nümunəsidir və sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından biri olub. Qızlar və müxtəlif yaşlı qadınlar üçün fərqli kələğayılar toxunurdu. Bu baş örtüyü müxtəlif rənglərdə və ölçülərdə olur və adətən bitki, yaxud həndəsi naxışlarla kənarları boyu (yeləni) və mərkəzi hissədə (xonça) dekorasiya edilirdi. Toyda qızlar adətən qırmızı, yas mərasimlərində isə qara kələğayı örtürdülər. Gündəlik həyatda isə qadınlar ağ və qəhvəyi kələğayıdan istifadə edirdilər. Kələğayının necə bağlanması da ayrıca məna daşıyırdı. Gənc qızlar onu örpək kimi başlarına atır, yaşlı qadınlar isə çalma kimi bağlayırdılar.
Ən qiymətli kələğayılar 6-7 rəngdən ibarət olur və bugünədək onları məhz Basqalda istehsal edirlər.
Basqalda ötən əsrin 60-cı illərinədək hər evdə kələğayı toxunurdu. SSRİ-nin süqutundan sonra ölkədəki mağazalarda müxtəlif baş örtükləri bolluğu yarandı. Milli kələğayı isə dəbdən düşdü. Buna baxmayaraq, Basqalda indi də İpək Mərkəzi fəaliyyət göstərir. Burada kələğayı ilə yanaşı, digər ipək məmulatlarının da toxunduğu emalatxana, həmçinin kiçik kəlağayı muzeyi var.
Lahıc
Hələ VII əsrdən tarixi mənbələrdən məlum olan və Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə diqqətəlayiqdir. Dağlarda salınmış bu kiçik qəsəbə Azərbaycanın ən maraqlı sənətkarlıq mərkəzlərindən biridir. Lahıc qədimdən bəri mis silah və qab-qacağı ilə məşhur olub. Bütün Qafqazda bu məmulatları həvəslə alırdılar. Lahıcda emalatxana və dükanların əksəriyyəti qəsəbənin mərkəzi küçəsi boyunca yerləşir. Г‡ətinliklərə baxmayaraq, yerli ustalar indiyədək öz əcdadlarının sənətini davam etdirirlər. Onların arasında misgərlər, dəri ustaları, dulusçular, dəmirçilər, papaqçılar, ağac üzərində oyma sənətkarları var. Həmçinin burada xalça toxuyur, suvenir və milli geyimlər hazırlayırlar.
D.ƏJDƏROДћLU

Şərh Yaz