OQTAY İSMAYILLI

GÖRÜNÜRƏM
Mən pünhanam o qıfılda,
Bu açarda görünürəm.
Qeybdə gözdən xəlvətəm,
Bu aşkarda görünürəm.
OQTAY İSMAYILLI                              GÖRÜNÜRƏM

Mən pünhanam o qıfılda,
Bu açarda görünürəm.
Qeybdə gözdən xəlvətəm,
Bu aşkarda görünürəm.
OQTAY İSMAYILLI

Baqidə ölməz həyatam,
Fanidə ölümə matam.
Orda bütöv kainatam,
Burda xırda görünürəm.

Haqsızlıqda, ədalətdə,
Şübhələrdə, həqiqətdə,
Həm nifrətdə, məhəbbətdə,
Yoxda, varda görünürəm.

Hara baxsan, mənəm orda,
Budaqda, çiçəkdə, barda.
Dalğalarda, buludlarda,
Odda, qarda görünürəm.

Bəxtsizəm, bəxt bölən mənəm,
Diri mənəm, ölən mənəm.
Cənnətdə o gülən mənəm,
Həm məzarda görünürəm.

Əkilən şum, bitən dənəm,
Bəşər evi –“ mənim sinəm.
Yarı zülmətdə gizlinəm,
Yarı nurda görünürəm.

DİRİDİR

Ölənlərin ruhu göydə,
Demə, ancaq sağ diridir.
Həmsöhbətdir səma ilə,
Bulud diri, dağ diridir.

Gözlərdə işıq qaynayır,
Alova dönüb oynayır.
Г‡ırtaçırt vaxtı sanayır,
Od diri, ocaq diridir.

Loğmantək bax təranəyə,
Şəfa verir divanəyə.
Qucaq açır pərvanəyə,
Şam diri, çıraq diridir.

“Cansız” sözün alma dilə,
Cansızı yox görən hələ.
Qol-boyundur bülbül ilə,
Gül, budaq, yarpaq diridir.

Bu meşədir xanimanım,
Ağac qızlardır dörd yanım,
Torpaqdırsa əgər canım,
Mənimtək torpaq diridir.

NİŞANLI QIZIN AДћISI

Dünən qonşu evlərdəydik,
Bu gün qonşu dünyalarda.
Özün uçdun genişliyə,
Məni qoydun yaman darda.

Naləm səni niyə yaxmır,
Gözün mənə niyə baxmır?
Xoşbəxtsənmi, səsin çıxmır?–“
Mən boğuldum ahu-zarda.

Nur içindən keçməliydim,
Sabah gəlin köçməliydim.
Sənlə şərbət içməliydim …
Belə zülüm olmaz yarda.

Üzük üzdü barmağımı,
Qan boyadı dırnağımı.
Şum elədim yanağımı,
Yara səpdim min-min orda.

Sən mənə ruh, mən sənə can,
Elə bilmə unudarsan …
Gec-tez mənsiz od tutarsan,
Gəlim qoşa yataq gorda!…

ÖLÜMSÜZ YARANMIŞAM

Cəsədim göz önündədir
Ruhum pünhan qalan qədər.
Məntək gizlin olan yoxdur
Məntək aşkar olan qədər.

Duruluram, lillənirəm,
Közərirəm, küllənirəm.
Hər baharda güllənirəm
Payız məni yolan qədər.

Günəm, çıxıram, batıram,
Od alıram, nur satıram.
Nə azalıb, nə artıram,
Boşalıram dolan qədər.

Ağ çiçəyəm, qara daşam,
Üzdə gülüş, gözdə yaşam.
Mən ölümsüz yaranmışam;
Göyərirəm solan qədər.

Demə, həyat viran qalar,
Viran özü viran olar.
Tanrım mənə can bağışlar
Namərd əcəl alan qədər.

DOДћULDUM

Dünya məndən cavan imiş,
Heç bilmir, harda doğuldum.
Gah atəş, gah şaxta kimi
Ocaqda, qarda doğuldum.

Zərrə kimi Haqdan qopdum,
Ruh kimi hər şeyə hopdum.
Min bətndə həyat tapdım,
Yoxda, həm varda doğuldum.

Məğzimə yetişməz bir əl,
Mənəm alan, satan, həm ləl.
Zülmətdə var oldum əvvəl,
Sonra da nurda doğuldum.

Oldum ulduz, mələk, bəndə.
Sirrim sirdən də dərində.
Kainatın hər yerində,
Axırda burda doğuldum.

Vəhşət asıb-kəsən vaxtı,
Həqiqət qan qusan vaxtı,
Yeri çaqqal basan vaxtı
Dönüb Boz qurda doğuldum.

Qınını doğrayır tiyəm,
Gərək son sözü mən deyəm.
Bu ömrümdə döyüşçüyəm,
Şəhidtək yurda doğuldum!

DƏRDİM

İki yüz il oyaq qalıb,
Əzdin canı hər an, dərdim.
Gülüstanda məni çalan
İlan dərdim, çayan dərdim.

Türkmənçaydan alov qalxdı,
Nəsil-nəsil bizi yaxdı.
Qar olub üstümə yağdı
Məni qəbrə qoyan dərdim.

Tale bizi atdı oda,
Doğma Göyçə qaldı yada.
Ağrısını ruhuma da
Zəhər kimi yayan dərdim.

Qoyub köksümə dizini,
Töküb canıma közünü,
Xocalıda əl-üzünü
Al qanımla yuyan dərdim.

Bəşər bəxti daştək yatıb,
Girdablarda xalqlar batıb.
Zəngəzurdan əl uzadıb
Ürəyimi soyan dərdim.

İblislərin fikri qara,
Mələkləri çəkir dara.
Görünmür kor vicdanlara
Külli-ərzə əyan dərdim.

Sarbandır mənim köçümdə,
Bir div olmaz bu biçimdə.
Girib, oynayır içimdə
Yad havaya uyan dərdim.

MƏNDƏN AŞAДћIDA

Torpağı çəkdim üstümə,
Göylər məndən aşağıda.
Yetim qalmış arzularım
Göynər məndən aşağıda.

Bir bağdayam, yoxdur xarı,
Olmuşam gül üstdə arı.
Qapqara qır qazanları
Qaynar məndən aşağıda.

Qocalar kədər içində,
Cavanlar dərd-sər içində.
Uşaqlar qan-tər içində
Oynar məndən aşağıda.

Həyat şərin əlində zar,
Yaraları tez-tez qanar.
Bədbəxt bəşər yenə yanar,
Donar məndən aşağıda.

Ruhlar olub fərəhlə yar,
Burda nə qan, nə qada var.
Hər nə varsa, burada var,
Nə var məndən aşağıda?!

İLAHİ NƏДћMƏ

Nurlu aləm bir gözümdür,
Gözümdən çox böyüyəm mən.
O kəhkəşan zər izimdir,
İzimdən çox böyüyəm mən.

Zərrələrim hər sözdə var,
Söz bir ovuc, mənası dar.
“Quran” məni az tanıdar,
Sözümdən çox böyüyəm mən.

Düşün məni, işığa bat,
Şəfəqlənsin könlün qat-qat.
Bir parçamdır bu kainat,
Özümdən çox böyüyəm mən.

Ürəyinlə məni dərk et,
İdrak üçün düşüncə küt.
Aləmləri min qat böyüt,
Yenə cəmdən böyüyəm mən.

YIДћIM GÖYƏ

Niyə gendən seyr eləyim?
Qoy yaxından baxım göyə.
Yana-yana nura dönüb,
Bir xoş gündə axım göyə.

Kim söndürüb bu ocağı,
Qaraldıb bayır-bacağı?
Soyuqdur yerin qucağı,
Buz canımı sıxım göyə.

Mən damlayam, səma ümman,
Onsuz mənə yoxdur aman.
Darıxıram burda yaman,
Bir yol tapım, çıxım göyə.

Gör nə qədər saf duyğum var,
Təmizlikdə hər biri qar.
Yerdə qalsa, bulaşarlar,
Aparım, tez yığım göyə!

Г‡AŞQINLIQ

Yalan da xoş, həqiqət də,
Hansın satım, hansın alım?
Niyə yalana sığınım,
Niyə haqqa mehr salım?

Ömür üçün zaman –“ hədə,
Hər an vurur təzə zədə
Gül açımmı bir dəfə də,
Bir dəfə də niyə solum?

Qalxıb quruyar dəniz də,
Batıb dəniz olar düz də.
Boşalıb qalımmı üzdə,
Ya dərətək çöküb dolum?

Ha çiçək ək, yez solacaq,
Bağçan alaqla dolacaq.
Salımmı mən də təzə bağ,
Hər gün orda alaq yolum?

Uçubdurmu ümid göyə,
Bəlkə, batıb dərinliyə?
Qanadlanım ənginliyə,
Yer altına yoxsa dalım?

Bu dünyada ruhum yetim,
Candan qaçıb səfər edim.
Gedim, axı niyə gedim,
Qalım, nəyə görə qalım?

FIRLANIR

Mən dünyanı tanımadım,
Gözüm kitabda fırlanır.
Hər sualı anlayıram,
Başım cavabda fırlanır.

Xəyalım ağ at belində,
Axıram bir dağ selində.
Əlim günahın əlində,
Fikrim savabda fırlanır.

Nə olacaq sonum yerdə?
Г‡ürüdü bir yanım yerdə.
Г‡apalayır canım yerdə,
Ruhum aftabda fırlanır.

Balsız imiş bəxt adlı şan,
Yarıcandır cismimdə can.
Tək-təkdir gülüb-oynayan,
Г‡oxu əzabda fırlanır.

Ya quruyub itəmmirəm,
Ya göyərib bitəmmirəm.
Sahil yaxın, yetəmmirəm:
Gəmim girdabda fırlanır.

BU DƏRDİN

Belə dərddə xoşbəxtlik var,
Hey başına dön bu dərdin.
Səni alıb ərşə çıxar,
Ayağına en bu dərdin.

Surətlərə uyma belə,
Zinətdən qaç, hikmət dilə.
Sərhədləri cənnət ilə
Təndir, yəqin, tən bu dərdin.

Məcnuntək qəmə sığınar,
Kim müştaqdır göy bağına.
Əcəb sığdım qucağına,
Qoynu gendir, gen bu dərdin.

Bir fəsildir qış da, yaz da,
Г‡içək üçün candır toz da.
Sünbülləri qışda, yazda
Hey dən tutur, dən bu dərdin.

Oddur yarı, küldür yarı,
Var ağ gülü, qara xarı.
Г‡ox şirindir ağrıları,
Zövqü mindir, min bu dərdin.

Məlhəm verdi, həm oxladı,
Öldürüb diri saxladı.
Məni Allaha bağladı,
Dərdin alım mən bu dərdin.

OYUNLAR

Bəşəri girinc eləyib
Siyasət –“ sirli oyunlar.
Bulaşdırıb tarixləri
Ləkəli, kirli oyunlar.

Üzündə sülh adlı pərdə
İblis tüğyan edir yerdə.
Gedir bütün ölkələrdə
Yabançı, yerli oyunlar.

Gedir abrını itirmiş,
Cəhənnəmdən od götürmüş,
Zatında çirkab gətirmiş
Arvadlı, ərli oyunlar.

Dəlilik basır hər yeri,
Vəhşət dövrü dönür geri.
Tamam kəsir nəfəsləri
Təngnəfəs, tərli oyunlar.

Məmləkətlər batır qana,
Külə dönür yana-yana.
Qərbdən Şərqin damarına
Axır zəhərli oyunlar.

Obanı külə bələyir,
Şəhəri tabut eləyir.
Həyatı qol-bud eləyir
Dovşanlı-şirli oyunlar.

Göz nə vaxt düzü seçəcək?
Ayılın, fürsət keçəcək.
Yerdən həyatı biçəcək
Məhşər kəsərli oyunlar.

Şərh Yaz