Korrupsiyaya qarşı mübarizə gücləndirilir

Avqustun 14-də İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında ölkəmizdə iqtisadiyyatın liberallaşması, şəffaflığın artırılması, azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının sahibkarlar, idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.Korrupsiyaya qarşı mübarizə gücləndirilir
Korrupsiyaya qarşı mübarizə gücləndirilir                      Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat prokuroru Kərəm Mansurov geniş məruzə ilə çıxış edib. Rayon prokuroru Tural Yusifov, RİH başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər

Şərh Yaz