ABŞ-ın Azərbaycandakı səfiri vəzifələrinin icraçısı İsmayıllıda

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin vəzifələrini icra edən Uilyam Gil İsmayıllıya səfər edib.ABŞ-ın Azərbaycandakı səfiri vəzifələrinin icraçısı İsmayıllıda                        Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Uilyam Gillə RİH-nin konfrans zalında görüşüb.
Mirdaməd Sadıqov ABŞ-ın Azərbaycandakı səfirinin vəzifələrini icra edən diplomatla RİH-nin konfrans zalında görüşüb. Salamlaşmadan sonra ona rayonun iqtisadiyyatından, buradakı sosial həyatının bütün istiqamətlərinin inkişafından, gənclərin iqtisadi imkanlarının və məşğulluğunun artırılması tədbirlərindən, əhalinin milli tərkibindən, bölgədəki tolerantlığın və multikultural dəyərlərin mövcudluğundan danışıb.
Uilyam Gil cavab nitqində səmimi qəbul üçün təşəkkürünü bildirib, qeyd edib ki, turizmin inkişafı ilə bağlı, ümumiyyətlə digər layihələrin həyata keçirilməsində səfirlik yardımçı ola bilər. Bu sahədə qarşılıqlı əməkdaşlığımız gənclərin iqtisadi imkanlarının artmasında böyük əhəmiyyət kəsb edər. Diplomat rayonda gənclərin peşə hazırlığı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, görülən işlərdən də razı qaldığını deyib.
Görüş başa çatdıqdan sonra Uilyam Gil və Mirdaməd Sadıqov VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşüblər.
A.Bədəlov

Şərh Yaz