Vətənpərvərlik tərbiyəsi diqqətdə saxlanılır

Azərbaycan Respublikası “Ziyalı Ocağı” ictimai birliyi İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən silsilə soyqırımlar haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda tədbir keçirib.
Vətənpərvərlik tərbiyəsi diqqətdə saxlanılırAzərbaycan Respublikası “Ziyalı Ocağı” ictimai birliyi İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən silsilə soyqırımlar haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda tədbir keçirib.
Mövzu ilə əlaqədar ictimai birliyin sədri İlahə Əliyeva məruzə edib.Vətənpərvərlik tərbiyəsi diqqətdə saxlanılırVətənpərvərlik tərbiyəsi diqqətdə saxlanılır
RTŞ-nın işçiləri, müəllim və gənclərin iştirakı ilə keçirilən tədbirdə Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov, Qubaxəlilli kənd tam orta məktəbinin tarix müəllimi Vüqar Hüseynov çıxış edib, ermənilərin zaman-zaman dövlətimizə qarşı təxribatları, xalqımıza qarşı düşmən müsibətləri barədə danışıblar.
Təbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, iqtisad elmləri namizədi Ağasəf İmran mənfur erməni quldur dəstələrinin xalqımızın başına gətirdikləri oyunlardan, istisadiyyatımıza vurulan ziyanlardan, Qarabağ qazisi İslam Mahmudov məkrli erməni niyyətlərindən söz açıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva bu cür maarifləndirici tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini qeyd edib, gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük rola malik olduğunu diqqətə çatdırıb.
İctimai birliyin sədri İlahə Əliyeva yaradılan şəraitə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Namiq Kərimov

Şərh Yaz