Səfər öncəsi görüş

İsmayıllı ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq mübadiləsi haqqında saziş”ə əsasən avqust ayında keçiriləcək festivalda iştirak etmək üçün İsmayıllının nümayəndə heyəti 1 avqust 2018-ci il tarixdə Gündoğar ölkəyə yola düşüb.Səfər öncəsi görüş                          Nümayəndə heyətinin tərkibinə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Leyla Əzimova, X sinif şagirdləri Nilufər Məmmədli və Şəfəq Qasımova daxil edilib.
Səfər öncəsi –“ 31 avqust tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfərə gedənləri valideynlərin, ictimaiyyət nümayəndələrinin, müəllimlərin, təhsil işçilərinin, əvvəllər Yaponiyada səfərdə olmuş ziyalıların iştirakı ilə RİH-nin konfrans zalında qəbul edib.
M.Sadıqov ilk növbədə yüksək nailiyyətlərə, uğurlara görə 6 nömrəli tam orta məktəbinin pedaqoji kollektivinə təşəkkür edib, ümumilikdə, İsmayıllı müəllimlərinin fəaliyyətindən razı qaldığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısının, yaratdığı təhsil şəraitinin nəticəsidir ki, məktəblərimiz müvəffəqiyyətləri günbəgün artırır, beynəlxalq əlaqələri genişləndirir, şagirdlərimiz yeni düşüncə tərzinə yiyələnir, gənclərimiz başqa ölkələri gördükcə daha vətənpərvər böyüyürlər, milli-mənəvi, mədəni dəyərlərimizə bacarıqla yiyələnirlər.
Giriş nitqindən sonra başçı Yaponiyaya dostluq səfərinə gedənlərə yaxşı yol arzulayıb, ümid olduğunu bildirib ki, onlar Azərbaycanı layiqincə təmsil etməyi bacaracaqlar. Valideyn Günay Məmmədova, Əməkdar müəllim Şəfaqət Rəsulov, Yaponiyada səfərdə olmuş Azər Abbasov və 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov çıxışlarında hərtərəfli qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər ki, o, təhsilin gündəlik qayğıları ilə yaşayır, nailiyyətləri, uğurları müxtəlif formada, rəngarəng tədbirlərlə təqdir edir.
Nümayəndə heyətinə hamılıqla yaxşı yol arzulanıb.
Gülər Baxışova

Şərh Yaz