Rəqabət gücləndirilməlidir

İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsində “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində Xidmət Təminatçısı Gənc Regional Məsləhət Mərkəzinin məlumatlandırılma kompaniyasının iclası keçirilibRəqabət gücləndirilməlidir                            10 avqust 2018-ci il tarixdə rayon Kənd Təsərrüfatı İdarəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi ictimai birliyinin və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsinin İsmayıllı rayonunda fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə layihəninin rəhbərliyi, rayon İcra Hakimiyyətinin məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və aidiyyəti mütəxəssislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov açdı.
Sonra layihənin rəhbəri Arif Cahangirov Kənd Təsərrüfatı Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, onu idarə və icra edən təşkilat haqqında məlumat verdi.
Layihənin dəyər zənciri üzrə mütəxəssisi Küşvər Məmmədova “Dəyər zəncirinin inkişafına investisiya və məsləhət xidmətləri dəstəyi” alt layihəsinin təqdimatını etdi.
Tədbirin sonunda layihənin rəhbəri A.Cahangirov sahibkarları maraqlandıran suallara cavab verdi.
Paşa Məmmədov,
Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik şöbəsinin baş məsləhətçisi

Şərh Yaz